Marxal yolu açıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 29-da Şəki-Kiş avtomobil yolunun açılışında iştirak ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına və xanımına yolun texniki göstəriciləri barədə məlumat verib.
Bildirilib ki, yolun uzunluğu 7,2 kilometrdir. Şəki-Kiş avtomobil yolu uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. On yeddi min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun yenidən qurulması Azərbaycan Prezidentinin Sərəncamına əsasən həyata keçirilib. Görülən işlər nəticəsində yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 metrdir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları tikilib.
Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, Kiş çayı üzərində körpünün bərpası işləri də aparılıb. Yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, hərəkət hissəsinin eni 8 metrdir. Körpünün hər iki tərəfində eni 1,5 metr olan piyada səkiləri də yaradılıb. Dayaqsız biraşırımlı körpünün çay yatağından hündürlüyü 7 metrdir. Bu isə gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq. Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirilib. Layihə çərçivəsində çayda su axınının tənzimlənməsi və yaşayış məntəqələrini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.
Xatırladaq ki, 2016-cı ilin iyulunda yağan leysan nəticəsində sel suları həmin körpünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə cəlb edilən ağır texnika və canlı qüvvə hesabına qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunmuşdu. Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması və 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Prezident İlham Əliyev tərəfindən 2016-cı il avqustun 16-da müvafiq Sərəncam imzalanmışdı.
Bildirilib ki, avtomobil yolunun inşası iki yaşayış məntəqəsi arasında yük və sərnişin daşınmasının yaxşılaşdırılmasına imkan verəcək, həmçinin yerli və xarici turistlərin Kiş kəndinə və “Marxal” istirahət mərkəzinə gediş-gəlişində mühüm rol oynayacaq.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 d. əvvəl
-
- 33 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
1 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
1 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"























