Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Oktyabrın 27-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-12, gündüz 15-18, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 1-3 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti təşkil edəcək.
ETSN xəbərdarlıq edir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 27-si səhərədək davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
-
29 d. əvvəl
Reklamda uşağın görüntüsündən valideynlərinin razılığı ilə istifadə edilə biləcək
- 34 d. əvvəl
-
51 d. əvvəl
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Komissiya 0 %, zamin tələbi yoxdur - Çox sərfəli kredit kampaniyası başladı
-
2 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
-
2 saat əvvəl
"Hörmüz boğazının bağlanması Rusiyanın LNG ixracatçılarının gəlirlərini artıracaq"
-
2 saat əvvəl
Qlobal investisiya bankı təbii qaz üzrə qiymət proqnozunu 53% artırdı
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 4-də gözlənilən hava şəraiti
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb
Netanyahu: İran 50 Şimali Koreyaya bərabərdir
Rəsmi məzənnələr açıqlandı



























