"Sosial şəbəkələrdən pul qazananlar vergi ödəməlidir"
Azərbaycanda da sosial şəbəkələrdən pul qazananlar çoxdur. Onlardan bəziləri reklam paylaşımlarını barter yolu ilə etsə də, əksəriyyəti bunu pul qarşılığında həyata keçirir. Vergi Məcəlləsinin 125.1-1 maddəsinə əsasən, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.
Qanunvericilikdə bildirilir ki, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və ölkə hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, sosial şəbəkələr vasitəsilə əldə edilən gəlir sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir kimi gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq qanunamüvafiq qaydada gəlirlərini bəyan etməli, vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidir.
Vergi Məcəlləsində onlayn formada tədarük edilən xidmət və işlərə görə 18%-lik ƏDV tutulur. Bu xidmətlərə sosial şəbəkələrdə ödənişli reklamlar da daxildir. Bundan başqa, elektron pul kisələrinə ("Google-wallet", "Apple’s Passbook", "Lemon Wallet", "Square Wallet", "Isis" və s.) pul yerləşdirildiyi zaman da 10%-lik vergi tətbiq olunur.
İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, gəlir gətirən istənilən növ fəaliyyətdən bu və ya digər formada vergi tutulmalıdır. Bu, ədalətli gəlir anlayışının mühüm tərkib hissələrindən biridir:
“Bu gün informasiya texnologiyaları sferasında gəlir gətirə bilən fəaliyyət üçün geniş imkanlar mövcuddur. Lakin bu sahəyə ciddi nəzarət edilməlidir ki, gizli biznesdən və ya gəlir gətirən fəaliyyətdən əldə olunan qazancdan dövlət büdcəsinə heç bir ödəniş edilməsin. Bu istiqamətdə inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə edilməklə və tanınmış şirkətlərin bu və ya digər məhsullarının onların öz sərhədsiz informasiya alətləri vasitəsilə reklamları və digər işgüzar fəaliyyətləri nəzarətə götürülməli və vergiyə cəlb olunmalıdır".
İqtisadçı ekspert Rəşad Əliyevin sözlərinə görə, elektron ticarət sahəsinin vergiyə cəlb edilməsi bütün dünyada aktualdır. Bu növ ticarət internet şəbəkəsi üzərindən qurulduğu üçün internet kimi onun da sərhədi olmur. Yəni bir ölkə ərazisindən bütün dünyaya mal satmaq mümkündür. Bu isə vergiqoyma və rəqabət sahəsində ciddi problemlər yaradır: "Təsəvvür edin ki, Bakıda hansısa ticarət obyekti mağazaya görə icarə haqqı ödəyir, işçi saxlayır, satışdan dövlətə vergi verir. Bütün bunlar malın dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Lakin alıcıya eyni malın ucuzu lazımdırsa, həmin malı xarici saytlar vasitəsilə sifariş verir və əldə edir. Bunun isə dövlətə heç bir xeyri olmur. Onlayn ticarətin xüsusiyyətlərindən biri odur ki, həmin satış vasitəsilə satış xərcləri aşağı olur və daha çox alıcını əhatə etmək mümkündür. Bu isə həmin ticarətin rəqabət üstünlüyünə və gələcək inkişafına zəmin yaradır".
R.Əliyev bildirdi ki, bütün dünyada onlayn ticarət sektorunun getdikcə genişlənməsi səbəbindən vergi siyasəti daim təkmilləşdirilir:
“Bu sahədə əsasən iki əsas problem var. Birincisi, ticarət aparan şəbəkənin ölkə xaricində yerləşməsi ilə əlaqədardır. Bu isə onların birbaşa vergiyə cəlb edilməsində əngəllər yaradır. Bu problem Azərbaycanda da aktualdır. İkinci problem isə ölkə daxilində internet üzərindən ticarət quran şəxslərin vergiyə cəlb edilməsi ilə əlaqədardır. Bu, çox ciddi məsələlərdən biridir. Bizdə sosial şəbəkələr üzərindən ticarət quranlar kifayət qədərdir”.
© Vergiler
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 21 d. əvvəl
-
-
45 d. əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
50 d. əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 54 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
- 2 saat əvvəl
-
15 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Ən çox oxunanlar
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır





















