"Model sayı 50-dən 47-yə endiriləcək, qiymətlər də aşağı salınacaq"
Azərbaycanın yeganə velosiped istehsalçısı olan İsmayıllıdakı velosiped zavodu - “İSMA Bike” istehsal etdiyi velosieedlərin satışı qiymətini endirmək niyyətindədir.
Bu barədə zavodun sahibi olan "Sinergi Qroup"un biznesin inkişafı depatramentinin rəhbəri Pərviz İlyasov məlumat verib.
Onun sözlərinə görə, hazırda zavodda 50 model buraxılır, qiymətlər isə 98 manatdan başlayaraq 1 986 manat arasında dəyişir.
Şirkət nümayəndəsi velisiped satışının mövsümi olaraq dəyişdiyini və ilin ilk yarısında 1400-dən artıq velosiedin satıldığını bildirib. Şirkətin nümaynədəsi İSMA brendinin qiymətlərinin bazardakı digər təkliflərlə müqayisədə yüksək olmasıqı onların daha yüksək keyfiyyətli istehsalı ilə əsaslandırıb.
P.İlyasov satışların azlığından şikayətlənməsə də, etiraf edib ki, zavod buraxılan modellərin sayını azaltmaq, qiymətləri isə aşağı salmaq niyyətindədir: "Biz ilk dəfə bazaar girəndə çox yüksək keyfiyyətlə girdik. Zavod bazarın tələblərinə görə tam marketinq aparırdı ki, bazaar bu gün nə istəyir? Ona görə modellərimiz də çox idi. Rayonlardan gələn sifarişlər, Bakıdakı sifarişlərlə biz müəyyən edirik ki təlabat daha çox nəyədir, hansı qiymət kateqoriyasına tələb var".
Onun sözlərinə görə, artıq ilin sonundan etibarən model sayı 50-dən 47-yə endiriləcək, eləcə də qiymətlər aşağı salınacaq: "Bazara uyğun modifikasiya bizim qiymətlərimizə 15-20 faiz azalma ilə müşahidə ediləcək. Təzə modellərin eləsi olacaq ki qiyməti enəcək, eləsi də olacaq qiyməti artacaq. Qiymətlərin enməsi velosipedlərin 70%-ə aid olacaq".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 19 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























