“Sadə kredit tələbləri olarsa avtomobil satışları 40% artar”
Yeni avtomobillərin kreditlə alışı zamanı 40 və 50% ilkin ödəniş tələbi, eyni zamanda aylıq kredit ödənişlərinin alıcıların əməkhaqqılarının 50%-ni keçməsi avtomobil satışlarına mənfi təsir göstərir.
Bunu “Marja”ya Audi-nin Azərbaycanda rəmsi idxalçısı “European Cars” MMC-nin İcraçı direktoru Əli Əhədov bildirib.
Onun sözlərinə görə, kredit tələbləri çox ağırdır, əgər daha sadələşdirilmiş kredit tələbləri olarsa premium avtomobil satışları təxminən 40% artar:
“İlkin ödəniş, əgər avtomobilin dəyəri 30 min manatdan aşağıdırsa 50%, 30 min manatdan yüksəkdirsə 40% olmalıdır. Bu tələblər çox sərtdir. Kreditlə avtomobil almağa böyük tələb var. Müraciət edənlərin 90%-i kredit şərtləri ilə maraqlanırlar. Lakin ilkin ödəniş yüksək olduğundan maraqlananların bir çoxu avtomobil əldə edə bilmirlər.
Digər bir tələbə görə, aylıq kredit ödənişi alıcının maaşının yarısından çox olmamalıdır. Bu əsas çətinlikdir. Premium avtomobillər daha bahalı olduğundan aylıq ödənişlər yüksək olur. Bir çox alıcının rəsmi maaşı premium avtomobil almağa imkan vermir. Kimsə biznesə malikdirsə, o biznesdən gəlirlərini göstərib kredit götürə bilir. Digərləri isə banklardan mənfi cavab alırlar”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 19 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























