Azərbaycanın ehtiyyat hissələri bazarına dünya brendlərini təqdim edəcək

AZTECH & TEGETA MOTORS şirkətinin 15.02.2017-ci il tarixində əvvəlcədən elan olunmuş ünvanda – Badamdar şossesi 1C ünvanında möhtəşəm açılış tədbiri baş tutub.
“Marja” xəbər verir ki, tədbirdə dünyanın 30 müxtəlif ölkəsindən “Aztech&Tegeta Motors”la sıx əməkdaşlıq əlaqələri quran dünya markalarının nümayəndələri iştrak etmişlər. Xarici qonaqlardan əlavə 100 dən çox yerli şirkət nümayəndələrinin iştirakı açılışa yüksək əhval-ruhiyyəli əlamətdar gün abu-havası qatmışdı. Açılışda istedadlı “KeJaRa” qrupunun ifasında, canlı, Jazz və Blues janrında olan musiqi müşayəti bu əlamətdar günə rəngarənglik qatdı.
İlk öncə şirkətin direktoru Davit Tsakadze gələn qonaqları salamladı və şirkətin fəaliyyəti, gələcək planları və təklif edilən markalar haqqında geniş məlumat verdi. Daha sonra qonaqlar ləziz və nəfis qəlyanaltıları və şərabları zövqlü musiqi müşayətində dadaraq xatirə şəkilləri çəkdirdilər.
Bu tədbir KİV-nin də marağına səbəb olduğu üçün həm yerli həm də xarici KİV-nin də nümayəndələri tədbirdə iştirak etmişdilər. Şirkətin rəhbərliyi həm yerli həm də Gürcüstan telekanallarına müsahibəsində qeyd etdi ki, “AZTECH & TEGETA MOTORS International Groupauto-nun rəsmi üzvlüyünə qəbul edilmişdir və bunula belə Azərbaycan ehtiyyat hissələri bazarına Bridgestone, Michelin, Hankook, Varta, Exide, Optima, Shell, Motul, Meguin, Hengst, ZF Parts, Lemforder, Sachs, Philips, Bosch, BPW, Thermo King, Febi, Federal Mogul və s. kimi 300 ə qədər dünya brendlərini təqdim edəcək.
Mərkəzdə hər marka avtomobil və xüsusi təyinatlı avtotexnika üçün ehtiyyat hissələrinin satışı, servisi və diagnostikası kimi yüksək keyfiyyətli, sərfəli və zəmanətli xidmətlər təklif edilir.
AZTECH & TEGETA MOTORS həm pərakəndə, həm topdan satışlar həyata keçirəcək. Yüksək keyfiyyətli xidmət və məhsullarimızdan fiziki şəxslərlə yanaşı korporativ müştərilər də yararlana biləcəklər. Şirkət bütün potensial müştərilərinə individual yanaşma prinsipini seçərək xüsusi təkliflər hazırlayıb”.
Tədbirdə açılış səbəbilə yeni kampaniya elan edildi. Belə ki, 16.02.2017 tarixindən etibarən mühərrik yağları, təkərlər, akkumulyator alan hər bir şəxs üçün dəyişmə prosesi yerində və ödənişsiz həyata keçirilək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
9 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 19 saat əvvəl
-
23 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
