Elektrik enerjisi kabelləri istehsalında özbaşınalıqdır
Elektrik enerjisi kabelləri istehsalında və satışında özbaşınalıqdır.
Alıcılar bildirirlər ki, 100 metr adı ilə aldıqları kabellərin topu 90-92 metr çıxır. Alıcılar metrə oyunu ilə aldadılır.
“Marja”nın “8-ci kilometr” bazarında kiçik araşdırması iddiaların doğru olduğunu göstərir. Satıcılar özlər etiraf edirlər ki, üzərində 100 metr yazılan mis kabellərin topu əslində 90-92 metrdir.
“Bəzi kabellərin topunda 90 mterdən də aşağı olur. Bu bizlik deyil, istehsalçıdan bu şəkildə alırıq. Bu və digər hiylələr ilə alıcılar aldadılır və ya aşağı qiymətlər təklif edirlər”.
Bazarda yerli istehsal “4-lük” (4 mm) kabellər 40-48 manat, “2,5-lik” (2,5 mm) kabellər isə 30-35 manat civarındadır. Satıcılar bildirdilər ki, Türkiyə kabeli adı ilə satılan kabellərin çoxu yerli istehsaldır:
“Misin qiymətini, gömrük rüsumlarını, nəqliyyat xərclərini hesabladıqda Türkiyədən idxal edilən “4-lük” kabelin topunun 45-50 manata satılması mümkün deyil”, - satıcılardan biri dedi.
Satıcılar qeyd edir ki, xammlallar Türkiyədən gətirilərək kabellər Azərbaycanda istehsal edilir.
Bazarda Türkiyə və Rusiyada istehsal olunmuş kabellər də satılır. Bu kabellər daha bahalıdır. Türkiyə istehsalı “4-lük” kabelin topunun qiyməti 75-80 manat, “2,5-lik” kabelin topunun qiyməti isə 60-65 manatdır. Satıcılar qeyd edir ki, Türkiyə istehsal kabellərini topu təmiz 100 metrdir.
Alıcılar, kabel istehsalındakı özbaşınalığa İqtisadiyyat Nazirliyinin son qoymasını istəyirlər.
NAZİRLİK 2011-Cİ İLDƏ HİYLƏNİ AŞKAR ETMİŞDİ
2011-ci ilin Oktyabr ayında keçmiş İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsi, 5 ünvanında "Birlik" MMC-yə məxsus istehsalat sahəsində yoxlama aparmışdı.
Yoxlama zamanı müəssisədə istehsal edilən, polietilen qablaşdırmada olan 1167 ədəd elektrik naqillərinin etiketlərində ölçüyə dair məlumatın yanlış göstərilməsi ilə istehlakçıların aldadılması halına yol verildiyi müəyyən olunmuşdu. Qablaşdırılmış həmin elektrik naqillərinin hər birinin üzərində naqillərin uzunluğunun 100 metr olması göstərildiyi halda, "Ünal kablo", "Simtel kablo", "Aytel kablo", "Tümka" adlı naqillərin faktiki uzunluğunun 80-90 metr olduğu aşkar edilmişdi. Yoxlama zamanı, həmçinin həmin naqillərin etiketlərinin üzərində istehsalçı müəssisə barədə məlumatın qeyd edilmədiyi müəyyən olunmuşdu.
Yol verilmiş qanun pozuntuları ilə əlaqədar, polietilen qablaşdırmada olan 1167 ədəd elektrik naqillərinin satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış bu cür malların geri yığılması barədə "Birlik" MMC-yə icrası məcburi göstəriş verilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 d. əvvəl
ABŞ amerikalıları Yaxın Şərqdəki 10-dan çox ölkəni dərhal tərk etməyə çağırdı
-
- 10 d. əvvəl
- 24 d. əvvəl
-
37 d. əvvəl
Hörmüz boğazı bağlanıb - "Gəmilərə hücum edəcəyik və yandıracağıq"
- 1 saat əvvəl
-
10 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
10 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
15 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Netanyahu: İran 50 Şimali Koreyaya bərabərdir
Hörmüz boğazı bağlanıb - "Gəmilərə hücum edəcəyik və yandıracağıq"
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Expressbank-ın Nəsimi filialı YENİ ÜNVANDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı






















