Xəzərin səviyyəsi 1 metrədək enib
Son 12-13 il ərzində Xəzər dənizinin səviyyəsi 1 metrədək enib.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.
R.Məmmədov qeyd edib ki, 10 il əvvəl Xəzərin səviyyəsi dünya okeanı səviyyəsindən 27 metr aşağı olduğu halda, hazırda bu göstərici 28 metrə çatıb.
Mütəxəssis əlavə edib ki, son illər ərzində Xəzərin səviyyəsi hər il təxminən 10 sm enib.
Bunu kiçik göstərici saymayan institut direktoru səviyyənin enməsinin əsas səbəblərini iqlim dəyişmələri ilə izah edib:
“İqlim dəyişmələri ilə əlaqədar Xəzər dənizinin səthində buxarlanma baş verir. Xəzərdə buxarlanan suyun səviyyəsi təxminən 1 metrdir. Buxarlanma olmasaydı, səviyyə 1 metr qalxardı. Digər tərəfdən, Xəzərə axan Volqa çayının suyu azalıb. Xəzərdə buxarlanma çoxaldığı, dənizə çaylarla gələn suların miqdarı azaldığı üçün səviyyə azalır. Balans pozulduqda səviyyə də dəyişir”.
R.Məmmədov Xəzərin səviyyəsinin enməsinin dənizin flora və faunasına mənfi təsir göstərdiyini də açıqlayıb.
O əlavə edib ki, səviyyə endikdə dənizin şelf zonasının həcmi azalır:
“Bunun da nəticəsində şelf zonasında yaşayan canlıların ərazisi daralır. Yer daraldığı üçün onların yem bazası, oksigenin miqdarı azalır”.
Bakı Dövlət Universitetinin Xəzər Elmi Mərkəzinin rəhbəri Çingiz İsmayılov Trend-ə bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin enmə prosesinin bundan sonra nə qədər davam edəcəyini söyləmək olmaz:
“Bu dövr 11-12 il, hətta 30 il də davam edə bilər. Xəzərdə suyun səviyyəsi tərəddüd edir, səviyyə dövrü olaraq qalxıb düşür”.
Ç.İsmayılovun sözlərinə görə, sahil ərazilərdə tikinti, kanalizasiya xətlərinin çəkilməsi və s. işlər aparılarkən Xəzərin qalxma-enmə amplitudasının təxminən 1-1,5 metr səviyyədə olması nəzərə alınmalıdır:
“Əks halda, səviyyə qalxdıqda subasma, səviyyə aşağı düşdükdə sahildə təsərrüfat işlərinin aparılmasında problemlər ortaya çıxır”.
Mərkəz rəhbəri qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsinə Günəşin fəalllığı da təsir göstərir:
“Ancaq bunu yalnız Günəş fəalllığı ilə əlaqələndirmək düzgün deyil. Günəşin fəallığı ilə əlaqədar qlobal iqlim dəyişikliyi, buxarlanma və s. səviyyənin dəyişməsinə təsir göstərir”.
Qeyd edək ki, Xəzərə çaylardan tökülən su kütləsinin 90%-i Volqa (80%), Kür (6%) və Ural çayının (5%) payına düşür. Xəzərin şərq sahilindən heç bir çay dənizə tökülmür.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)









.jpg)






