Azərbaycan ixracatında daha bir ilk!
“Made in Azerbaijan” markasının uğurlu təmsilçisi “Sumqayıt Texnologiyalar Parkı” (STP) Azərbaycan ixracat tarixində ilk dəfə olaraq Qırğızıstan Respublikasına 110 kilovatlıq elektrik kabeli ixrac edir. Belə ki, STP 4 oktyabr 2018-ci il tarixində Qırğızıstanın “ElektroSila” şirkətinin sifarişi əsasında 4 yük maşınından ibarət 2384 metr elektrik kabelini Qırğızıstana yola salıb. Ümumilikdə 7140 metr kabel satışını nəzərdə tutan sifariş daha iki mərhələdə müştəriyə çatdırılacaq.
Kabellər Qırğızıstanın paytaxtı Bişkek şəhərinin mərkəzi rayonlarını elektriklə təmin edən yeni İIstilik Elektrik Stansiyasının tikintisini və elektrik xətlərinin çəkilməsini nəzərdə tutan layihədə istifadə olunacaq.
Qeyd edək ki, Rusiya kimi ölkələrdən güclü rəqiblərin olmasına baxmayaraq sifarişçi şirkət Qazağıstan paytaxtı üçün önəmli enerji layihəsinin kabel təchizatını məhz Sumqayıt Texnologiyalar Parkına həvalə etmək qərarı verib.
Bütün bunlar artıq beynəlxalq bazarda STP-nin məhsullarına göstərilən inam və etibarın bariz nümunəsidir.
Zavodlar kompleksindən ibarət olan STP-nin kabel Zavodunda 28 min çeşiddə, 500 kV-a qədər, gərginlik səviyyəsi orta, yüksək və ifrat yüksək güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar həm yerli, həm də xarici bazarlarda böyük marağa səbəb olur.
Xarici bazarda məhsulları tanınmağa başlayan Park ümumilikdə kabel ixracı ilə bağlı Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə iri məbləğdə müqavilələr bağlayıb. Hazırda imzalanmış müqavilələr icra edilməkdədir. Müəssisə gələcəkdə Orta Asiya bazarında olan əməliyyatlarını artırmaq, həmçinin Qərbi Avropa və Afrika bazarlarına da daxil olmağı hədəfləyir.
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı cənab Ilham Əliyev tərəfindən istismara verilmişdir.
STP-nin bütün zavodları Avropada istehsal olunmuş ən yeni texnoloji avadanlıqla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammallar da Avropanın qabaqcıl ölkələrindən idxal olunur.
Parkın bütün zavodları Avropa istehsalı olan labaratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub və istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
14 d. əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
-
19 d. əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 23 d. əvvəl
- 25 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
- 1 saat əvvəl
-
14 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
-
14 saat əvvəl
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Ən çox oxunanlar
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
























