Türkiyə iqtisadiyyatı "Enron"un batmasında adı hallanan şirkətə əmanət edildi
ABŞ şirkəti Türkiyəyə məsləhətlər verəcək
Türkiyə Yeni İqtisadi Proqramı üzrə ABŞ-ın tanınmış "McKinsey" şirkətindən məsləhətlər alacaq.
"Marja" xəbər verir ki, ötən həftə, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak, "Yeni İqtisadi Proqram çərçivəsində yaradılan Xərclər və Dəyişiklik Ofisi üçün "McKinsey" ilə çalışmağa qərar verdik. 16 nazirlikdən nümayəndələrin olacağı bu ofis, bütün hədəflərimizə və nəticələrimizə hər rübdə nəzarət edəcək",- açıqlamasını edib.
Türkiyə 20 Sentyabr 2018-ci il tarixində Yeni İqtisadi Proqramı açıqlamışdır. Yeni İqtisadi Proqramın əsas komponentlərindən biri maliyyə intizamı və bu çərçivədə güclü və davamlı dövlət maliyyəsinin təmin edilməsidir. Yeni İqtisadi Proqramda dövlət xərclərində qənaət olunması və əlavə gəlir tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sözügedən qənaət və gəlir tədbirlərinin səmərəli şəkildə yerinə yetirilməsi məqsədi ilə, Xəzinə və Maliyyə Nazirliyinin nəzdində Dövlət Xərclərinin idarə edilməsi və Dəyişiklik Ofisi yaradılacaqdır. Sözügedən ofis, Yeni İqtisadi Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirməsinə məsul olacaqdır.
NƏ VAXT YARADILIB?
1926-ci ildə James McKinsey tərəfindən Çikaqoda yaradılan dünyanın ilk müşavir şirkətinin hazırda mərkəzi ofisi Nyu-Yorkda yerləşir. Bütövlükdə 44 ölkədə 83 ofisi olan şirkət, 10 mindən çox əməkdaşa və 3 milyard dollarlıq dövriyyəyə malikdir.
2001-DƏ XİDMƏT GÖSTƏRDİYİ ŞİRKƏT BATIB
Məsləhət şirkəti "McKinsey"in adı, ABŞ-ın enerji nəhəngi "Enron"un batması ilə də gündəmə gəlmişdi.
Belə ki, müşahidəçilər, "Enron"u "McKinseyin yaratdığını" deyirdilər. Qalmaqalın baş verməsinə qədər dünyanın "ən nüfuzlu" məsləhət şirkəti kimi tanınan "Mckinsey"in, "Enron"u, müxtəlif qanunsuzluqlar ilə ABŞ-ın ən böyük şirkətlərindən biri çevrilməsini təmin edən təşkilat olduğu iddia edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























