Nyu-York Birjasında rekord
Nyu-York Birjasında Dow Jones (Dou Cons) Sənaye İndeksi, bu günə qədərki ən yüksək səviyyəsinə qalxaraq günü rekordla başa vurub.
"Marja" xəbər verir ki, İndeks, 251,22 bənd (0,95 faiz) artımla 26656,98 bəndə yüksələrək tarixindəki ən yüksək səviyyədən bağlanıb. İndeks bundan əvvəl 26 Yanvarda 26616,71 bandlə rekord səviyyədə bağlanmışdı.
Bundan başqa, dünən iş saatları ərzində 26697,32 bəndə qədər qalxan indeks tarixdəki ən yüksək səviyyəsini görüb.
İndeksdə ticarət olunan "Boeing"in səhmləri 0,6 faiz, "Apple"ın səhmləri 0,8% bahalaşıb. İnvestisiya banklarından "Goldman Sachs" və "JPMorgan Chase" səhmləri də müvafiq olaraq 0,8% və 0,9% artım göstərib.
Nyu-York birjasında "Standard & Poor's 500" İndeksi 22,80 bənd (0,78 faiz) artaraq 2930,75 bəndlə rekord səviyyədən bağlanıb. Nasdaq Texnoloji İndeksi isə 78,19 bənd (0,98 faiz) dəyər qazanaraq 8028,23 bəndə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























