5 min kilometrlik yol 17 günə qət edildi, Rusiya şirkətləri maraqlanmağa başladı
“Rusiyanın iri şirkətləri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşınmalara maraq göstərir”.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkəti - "ADY Express” MMC-nin Strateji inkişaf və marketinq departamentinin baş mütəxəssisi Kamran Babayev Tbilisidə keçirilən “Argus Xəzər-Qara Dəniz Nəqliyyat Dəhlizi 2018” adlı V beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, təmsil etdiyi şirkət Rusiya poladının aparıcı ixracatçılarından olan Maqnitoqorsk Metallurgiya Kombinatına (MMK) BTQ üzrə polad daşınmasını həyata keçirib: “Bu marşrut üzrə il ərzində 250 min tona qədər metal məhsulların daşınması nəzərdə tutulub. Ümumi çəkisi 120 ton olan ilk 4 konteyner bu ilin avqustunda MMK-nın Türkiyədəki törəmə müəssisəsi olan “MMK Metalurji” şirkətinə çatdırılıb. Konteynerlər 5 min kilometrlik yolu 17 günə qət edib”.
K.Babayev qeyd edib ki, BTQ marşrutu MMK-ya Yaxın Şərq, Avropa, Afrika ölkələrinə Türkiyənin İskenderon şəhərində olan öz limanı vasitəsilə ixrac üzrə çatdırmaların şaxələndirilməsini nəzərdən keçirməyə imkan verir.
Şirkət təmsilçisi bildirib ki, MMK ilə əməkdaşlığın birinci mərhələsi artıq həyata keçirilib: “Daşınmaların tam gücü ilə gələn ilin ortalarında həyata keçiriləcəyi nəzərdə tutulub. İlk daşınma uğurla həyata keçirildi və bundan sonra Rusiyanın iri şirkətləri “ADY Express”lə əməkdaşlığa maraq ifadə etməyə başlayıblar”.
K.Babayev “ADY Express”in 2-3 aydan sonra vaqon daşınmalarına başlayacağını da deyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 14 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























