Nüvə Elmi və Texnologiyaları Mərkəzi yaradılacaq
Azərbaycanda Nüvə Elmi və Texnologiyaları Mərkəzi yaradılacaq.
Bunu bu gün Bakıda keçirilən "Gələcəyin enerji imkanları və çağırışlar" adlı beynəlxalq konfrans çərçivəsində Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyası ("RosAtom") prezidenti Alexander Merten bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə azərbaycanlı həmkarları ilə işləməyi planlaşdırırlar: "Bu mərkəzdə nüvədən zəhərlənənlərin müalicəsi, həmçinin onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi aparılacaq. Burada həmçinin kadrlar da hazırlanacaq".
A.Merten əlavə edib ki, əgər Azərbaycan hökuməti razılıq verərsə, gələcəkdə ölkədə atom elektrik stansiyası (AES) də tikilə bilər: "Bunun üçün Azərbaycanda əvvəlcədən inşa edilmiş istilik güclərindən də istifadə edilə bilər və xaricə karbonhidrogenin satışı artırıla bilər. Bundan başqa, atom stansiyasnın tikintisi istənilən enerji proqramını həyata keçirməyə imkan verəcək. Çünki, bu, ucuz və əlçatan energetika sayılır”.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























