Nazirlik: Valyutası sabit olan Azərbaycan bazarı İran və Türkiyənin ixracatçıları üçün cəlbedicidir
Nazirlər Kabinetinin kartof idxalına tətbiq etdiyi gömrük tarif dərəcələrinin artırılması ərzaqlıq kartofa şamil olunub. Burada məqsəd daxili bazarı qorumaq, yerli istehsalı dəstəkləmək, fermerlərin maraqlarını müdafiə etməkdir.
Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini Vüqar Hüseynov deyib.
Yeni tarif dərəcələrinin toxumluq kartofa şamil olunmadığını bildirən Vüqar Hüseynov qeyd edib ki, ölkədə kartof istehsalının həcmi daxili tələbatı tam təmin etməyə imkan verir, hətta daxili tələbatdan daha çox kartof istehsal olunur:
“Qonşu İran və Türkiyədə milli valyutaların dəyərdən düşməsi ixracatı stimullaşdırıb, sahibkarlar məhsullarını xarici bazarlarda satmağa üstünlük verirlər. Milli valyutası sabit olan Azərbaycan bazarı İran və Türkiyənin kənd təsərrüfatı məhsulları ixracatçıları üçün cəlbedicidir, lakin bu, yerli istehsalçıların maraqlarına ziddir. Yəni, fermer aylarla əziyyət çəkib kartof becərir, İran və Türkiyədən kartof idxalı isə onların əziyyətini heçə endirir. Dövlətin də vəzifəsi, ilk növbədə, yerli istehsalçıların maraqlarını müdafiə etməkdir. Nazirlər Kabinetinin qərarı da buna xidmət edir”.
Problemin təkcə xaricdən kartof idxalı ilə bağlı olmadığını vurğulayan nazirlik rəsmisi bildirib ki, söhbət vasitəçilərdən, fermerdən sahədə məhsulu ucuz alıb bazarlarda baha satan dəllallardan, işbazlardan gedir: “Onlar İrandan ucuz kartof gətirməklə yerli istehsalçını fakt qarşısında qoyur və onun məhsulunu dəyər-dəyməzinə satın alırlar. Nazirlər Kabinetinin qərarı isə vasitəçilərin qarşısında fermerin mövqeyini daha da gücləndirmiş olacaq”.
Vüqar Hüseynov onu da əlavə edib ki, Nazirlər kabinetinin qərarı cəmi iki ay müddətinə, yəni məhsul yığımının yekunlaşdığı, sahələrdən topdansatışların ən çox həyata keçirildiyi sentyabr-oktyabr aylarını əhatə edir. Bu qərarın növbəti aylarda qüvvədə olması elə bir əhəmiyyət kəsb etmir, çünki kəndli öz məhsulunu bu iki ay ərzində artıq satmış olacaq. Qəbul olunan qərar kartofun yalnız topdansatış qiymətinə təsir etmiş olur, pərakəndə satışa isə təsir etmir. Çünki vasitəçilərin (işbaz, dəllal, fürsətcil və s.) kəndlidən sahədən aldığı kartofun qiyməti ilə bazarda pərakəndə satışda realizə etdiyi qiymət arasında 2-3, bəzən 4 dəfə fərq olur. İndiki situasiyada vasitəçi fermerdən məhsulu daha baha almalı olacaq, qiyməti az da olsa fermer diktə edəcək, pərakəndə satış qiyməti isə indiki səviyyədə qalacaq. Hətta məhsulun bolluğu pərakəndə satış qiymətlərini daha da ucuzlaşdıra bilər”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
1 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
1 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
1 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
2 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır























