Amazon-un da bazar dəyəri 1 trilyon dollara çatdı
ABŞ-ın iri elektron-ticarət şirkıti Amazon-un bazar dəyəri 1 trilyon dollara çatıb.
Nyu-York Birjasında Amazon-un səhminin qiyməti 1,9 faiz artımla 2050,27 dollara qədər qalxıb.Bu nəticə ilə Amazon-un bazar dəyəri 1 trilyon dollara çatıb. Amazon tarixdə bu səviyyəyə çatan ikinci şirkət olub.
Dünyanın ən dəyərli şirkəti mövqeyində olan Amerikanın texnologiya nəhəngi Apple-ın bazar dəyəri 2 Avqustda 1 trilyon dollara çatmışdı.
Dünyanın ən varlı milyarderi olan Amazon-un banisi və rəhbəri (İcraçı direktoru) Cef Bezosun sərvəti də 2,6 milyard dollar artımla 167,3 milyard dollara çatıb.
Bezosun 1994-cü ildə internet üzərindən kitab satışı üçün qurduğu Amazon, sonrakı illərdə digər sektorlara da daxil olaraq, dünyanın ən çox gəlir gətirən və bazar dəyərinə malik pərakəndə şirkətinə çevrildi.
Bu ilin ikinci rübündə şirkətin xalis mənfəəti 2,5 milyard dollar təşkil edib. Bu məbləğ şirkət tarixində bir rübdə əldə edilən ən yüksək xalis mənfəətdir. Bundan başqa, Amazon-un xalis mənfəəti üç rüb ardıcıl 1 milyard dolların üzərində baş tutub.
Amazon-un bu ilin ikinci rübündəki gəliri, ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz artımla 52,89 milyard dollara yüksəlib.
Şirkət aprel ayında, ödənişsiz karqo təqdim etdiyi "Prima" xidmətinə üzv olan istifadəçilərin sayının 100 milyonu keçdiyini bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




