"Dollardan imtina mümkün deyil"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda rəsmi səfərdə olarkən ölkələr arasında milli valyutalardan istifadəni məsləhət görüb:
“Biz aramızda yerli və milli pullardan istifadə edərək, artıq dolların hökmranlığına tədricən son qoymalıyıq”.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli bildirib ki, dünya ticarətinin 70 faizə qədəri dollar üzərindən aparılır:
“Zaman-zaman siyasi gərginlikdən doğan səbəblərdən dollardan imtina ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Son vaxtlar Qərb ölkələrinin, həmçinin Rusiyanın, Çinin, Türkiyənin, İranın bu barədə müxtəlif açıqlamaları olub. Araşdırma zamanı məlum olur ki, həmin ölkələrin ABŞ-la müxtəlif problemləri var. Məhz siyasi gərginliyin fonunda dollardan imtina ilə bağlı müəyyən bəyanatlar səsləndirirlər. Açığı bu bəyanatlar reallıqdan uzaqdır. Dünya ticarətinin 70 faizi dollarla ticarət aparırsa, qəbul olunmuş ticarət qaydaları, əmtəə bazarında müqavilələr dollarla hesablanırsa, dollardan imtina etmək çox çətindir. Həm də iki ölkə dollardan imtina edib öz milli valyutaları ilə ticarət etsələr belə, onların məzənnəsi yenə də dollar üzərindən müəyyənləşməlidir.
Çoxdandır ki, Türkiyə ilə Rusiya rubl və lirə ilə alış-verişə keçib, dollardan imtina üçün danışıqlar aparırlar. Prosesin reallaşacağını düşünsək, bir sual meydana çıxır. Həm rus rublu, həm də türk lirəsi məzənnəsi kifayət qədər oynaq olan valyutalardır. Türk lirəsi ilin əvvəlindən az 30-40 faizədək, rus rublu isə 15 faizədək dəyər itirib. Bu cür vəziyyətdə iş adamları necə müqavilə bağlaya bilərlər? Həmin iş adamı lirənin, rublun məzənnəsinin oynamasından özünü necə sığortalaya bilər? O zaman müqavilələri yenidən dollar üzərindən bağlamaq və həmin gün dünya bazarında olan dolların məzənnəsinə uyğun rubl, və ya lirə ilə ödəniş etmək mümkündür”.
Ekspert qeyd edib ki, bu reallaşsa belə, yenə də sərfəli deyil:
“Rusiya Türkiyəyə ildə 16-17 milyardlıq qaz satır. Bunun müqabilində Rusiya türk lirəsi alsa, onu necə xərcləyəcək? Məcburən “Qazprom” lirəni yenidən Türkiyə bazarında dollara çevirməlidir. Eyni zamanda, Türkiyədən Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edilir. Antaliyalı fermer Rusiyaya satdığı pomidorun müqabilində əldə etdiyi rublu nə edəcək? İstənilən halda əldə edilən rubl dollara çevrilməlidir. Ona görə də bu tipli bəyanatlar iqtisadi səmərəsi olmayan siyasi xarakter daşıyır. Çünki bunun reallaşması biznes, iş adamları üçün əlavə gərginlik, narahatlıq, izafi xərcləmələr deməkdir. Çünki məzənnə fərqindən uduza bilərlər. Ona görə mən düşünmürəm ki, yaxın gələcəkdə dollardan imtina asanlıqla mümkün olsun. Bunun çox böyük problemlər yaradacağı aşkar görünür. Bəzi ölkələr Amerika ilə siyasi gərginliyin fonunda bir-birləri ilə ticarətdə dolları avro ilə əvəz edə bilərlər. Amma milli valyutalarla ticarət kifayət qədər riskli və problemlidir.
Ona görə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dollardan imtinaya çağırışı yalnız siyasi bəyanatdır və gərginliyin olduğuna işarədir. Eyni zamanda, Amerikaya “dollardan imtina edərik” mesajını çatdırmaqdır”.
Türk lirəsinin 2015-ci ildə eyni aqibəti yaşayan manatla müqayisəsinə gəlincə, N.Cəfərli deyib ki, Azərbaycanla Türkiyənin iqtisadi modelləri tamamilə fərqlidir:
“Bizdə neft və qaz faktoru üstünlük təşkil edir. Hazırda neft qiymətlərinin gözləniləndən də yüksək olması Azərbaycan iqtisadiyyatını xeyli rahatladıb, sabitliyə səbəb olub. Türkiyənin isə enerji asılılığı yüksək səviyyədədir. Ona görə milli valyutaların məzənnəsinin ucuzlaşması fonunda bunları müqayisə etmək doğru deyil. Türkiyədə vəziyyətin stabilləşməsi üçün daha çox siyasi vəziyyətin düzəlməsinə çalışmaq lazımdır. Yəni son vaxtlar Qərblə, Amerika ilə münasibətlərin gərginləşməsi buna təsir edir. Son on ildə xaricdən gələn valyutaya hesablanmış Türkiyə iqtisadi modeli özü ilə bərabər problemlər gətirib. Türkiyənin inkişafının əsas istiqamətləri xaricdən gələn qısamüddətli yatırımların ölkə iqtisadiyyatında canlanma yaratması idi. İstər turizm, istərsə də tikinti sahəsində türklərin özünün də dediyi kimi “sıcak para var”. Artıq qısamüddətli yatırımcılar da siyasi risklərə görə çəkinirlər. Hazırda Türkiyədən vəsaitlərin çəkilməsi də dollara tələbatı artırır. Bu üzdən də türk lirəsi ucuzlaşmaqda davam edir. Türkiyənin dünya ölkələri ilə münasibətləri düzəltməsi iqtisadiyyatı da stabilləşdirə bilər. Amma görünən odur ki, türk iqtisadiyyatında çalxalanmalar hələ bir müddət davam edəcək”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
41 d. əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
47 d. əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
50 d. əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
























