Tramp "Google"ın axtarış nəticələrini tənqid etdi - "HİYLƏLİDİR"
ABŞ Prezidenti Donald Tramp, "Google"da aparılan axtarış nəticələrinin "məkrli" (hiyləli) olduğunu iddia edərək, texnologiya şirkətinin Respublikaçı mediaya mane olduğunu bildirib.
"Marja" xəbər verir ki, Tramp "Twitter" hesabında, "Google-da "Tramp xəbərləri" axtarışı aparan zaman yalnız saxta xəbər mediasının nəticələri göstərilir. Yəni mənim və digərləri üçün məkrlidir. Demək olar ki, axtarış nəticəsində çıxan bütün informasiyalar pisdir. Saxta CNN önə çıxır.Respublikaçı media əngəllənir. Bu qeyri-qanunidir?", - şəkilində fikirlərini yazıb.
Bundan başqa, "Google"da "Tramp Xəbərləri" axtarışı edildikdə çıxan nəticələrin 96%-nin milli və sol meylli mediadan göstərildiyini iddia edən Tramp, "Bu çox təhlükəlidir. "Google" və digərləri mühafizəkarların səsini boğurlar, yaxşı olan məlumat və xəbərləri isə gizlədirlər. Bizim nə görüb görməyəcəyimizi izləyirlər. Bu çox ciddi vəziyyətdir və müzakirə olunacaqdır!",- deyib.
"Axtarışlar siyasi gündəm yaratmaq üçün istifadə edilmir"
Trampın açıqlamasının ardından, Amerikanın texnologiya nəhəngi "Google"ın baş təşkilatı "Alphabet" sözügedən iddialara cavab olaraq açıqlama yayıb.
Açıqlamada, "Axtarışlar siyasi gündəm yaratmaq üçün istifadə edilmir. Axtarış nəticələri hər hansı bir siyasi ideologiyanı əngəlləmir", -ifadələri istifadə edilib.
Axtarış nəticələrində ardıcıllığın siyasi düşüncələrə təsir etmək üçün formalaşmadığı qeyd edilən açıqlamada, istifadəçilər üçün axtarış nəticələrinin keyfiyyətinin qorunması üçün alqoritmlərə hər il yüzlərlə yenilik gətirildiyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























