Evlənmək niyə vacibdir? Qayğıkeş ananın cavabı

Yaşı 25 keçən bütün subaylar yəqin ki, “A bala, nə vaxt evlənirsən?” sualını daim eşidirlər. AccessBank-ın Qayğıkeş Anası da ənənəyə sadiq qalaraq bu sualla gənclərə müraciət edir.
Çünki bir çox hallarda gənc kişilərin əksəriyyəti bütün mümkün üsullarla öz "subay" statusunu qoruyurlar. Ailə qurmağın vaxtı çoxdan çatdığını deyən anaların, onları öz subay rəfiqələri ilə tanış etmək istəyən yoldaşların sözlərinə laqeyd yanaşırlar, yeni tanışlıqlardan uzaq dururlar. Biriləri bunu heç cür öz yarlarını tapa bilməməklə izah edirlər, digərləri cavabsız sevgidən əziyyət çəkirlər, başqaları bütün boş vaxtını karyeralarına həsr edirlər, bəziləri isə sadəcə olaraq ailə həyatından qorxurlar, çünki onları bu qapı arxasında nəyin gözlədiyini bilmirlər.
Lakin, statistika göstərir ki, 25 yaşdan yuxarı olan subay kişilərin 80% böyük məmnuniyyətlə öz tənhalığını isti, ailə münasibətlərinə dəyişərdi. Ailə qurmaq lazımdırmı, və onun nə vaxt baş verəcəyi vacibdir - sənə də maraqlıdır? Qayğıkeş ananın məsləhətlərini oxu.
Nigah hər iki tərəfin böyüməsinə kömək edir. Əlbəttə ki, siniklər nigahın şəxsiyyəti məhv etdiyini və insanın şəxsi məkanını məhdudlaşdırdığını deyəcəklər. Lakin, digər tərəfdən nigah hər bir partnyora onun şəxsiyyətinin indiyədək məlum olmayan tərəflərini öyrənməyə imkan verir.
Nigah çətin anda dəstək verir.Bir-biri ilə yanbayan yaşayan evli insanlar həyatın ən çətin anlarında həmişə qarşılıqlı dəstəyə arxalana bilərlər, bu, həm emosional dəstək, həm də tibbi yardım zamanı kömək ola bilər. İllərlə nigahda yaşayanlar yaxşı bilirlər ki, biz partnyorlarımızın dəstəyini asanlıqla qəbul edir ona tez öyrəşirik, xəstələndiyimizdə, fövqəladə vəziyyətdə və s. onu təbii bir şey kimi qiymətləndiririk. İndi isə təsəvvür et ki, yalnızsan...
Evli insanlar daha çox yaşayırlar.Amerikalı psixoterapevtlər və psixoloqlar tərəfindən aparılan tədqiqatlar sübut edib ki, nigahda yaşayan insanlar depressiyaya, eləcə də ürək-damar xəstəliklərinə daha az məruz qalırlar və sağlam həyat tərzi sürdükdə boşanan və ya tənha insanlardan daha çox yaşayırlar.
Nigah maddi baxımdan da əlverişlidir.Yuxarıda qeyd etdiyim kimi, ikilikdə hər şey həmişə asan keçir. Partnyorların hər ikisi işləyirsə, bu, ümumi büdcə və maddi baxımdan əlavə dayaqdır. Üstəlik də, onlardan birinin mirası varsa... Ailəli cütlüklərə adətən banklar daha böyük məmnuniyyətlə kredit verirlər, mənzil kirayələmək daha asan olur və yenə də ikilikdə həyat daha ucuzdur.
Nigah düzgün dəyərlər yaradır.Ər-arvad cütlüyü gələcək uşaqlar üçün ən sabit şəraiti, düzgün psixoloji vəziyyəti formalaşdırır, tam ailədə uşaqlar özlərini harmonik, rahat və etibarlı əllərdə hiss edirlər. İnkişaf edən cəmiyyətlərdə boşanmaların sayının artması ilə bağlı səs-küyə baxmayaraq yenidən nigah bağlamaq tendensiyaları da güclüdür.
Nikah subaylığa qarşı.Əksər hallarda insanlar, əlbəttə ki, sevərək evlənirlər! Buradan da təbii olaraq sevdiyin insanın yanında yuxuya getmək və oyanmaq, münasibətləri rəsmiləşdirmək, özünü lazımlı və sevimli hiss etmək, birlikdə bənzərsiz dünyanızı yaratmaq istəyi irəli gəlir. Sözsüz ki, çətinliksiz olmur, amma bu çətinliklərin də öhdəsindən öz yarınla birgə gəlməyi öyrənməlisən.
Bütün məsləhətlərlə daha yaxından tanış olmaq istəyirsinizsə, Qayğıkeş Ana saytına daxil olun və həyatınızı yaxşılığa doğru dəyişin.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 15 saat əvvəl
-
19 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
21 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
