ABA-nın Ekspert Qrupunda yeni təyinat olub
Azərbaycan Banklar Assosiasiyasının “İT və İT təhlükəsizlik üzrə” Ekspert Qrupunun avqust ayı üzrə növbəti iclas keçirilib.
İclas fövqəladə hallar zamanı bankların enerji təminatının dayanmaması, enerji məsələlərinin optimizasiyasına həsr edilib.
Ekspert Qrupunun iclası zamanı enerji təminetmənin optimizasiyası və enerji sahəsində İT təhlükəsizliyinə aid olan digər məsələlər müzakirə edilib. Müvafiq əlaqədar orqanlarla görüşlər keçirilərək fövqəladə hallar zamanı enerji təminatının optimizasiyasına dair müzakirələrin aparılması qərara alınıb.
Həmçinin iclas zamanı qrupda yeni təyinat olub.
Belə ki, İlqar Əliyev “İT və İT təhlükəsizlik üzrə” Ekspert Qrupunun müavini vəzifəsinə təyin edilib.
İlqar Əliyev 2006 – 2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daxili Audit departamentində İnformasiya texnologiyaları üzrə böyük auditor və şöbə rəisi vəzifələrində çalışmışdır. 2013-cü ildən GRC Assurance & Advisory şirkətində İdarəetmə Auditi üzrə menecer vəzifəsində işləmişdir. 2017-ci ildən Prima Menecment Konsaltinq şirkətinin İT İdarəçilyi və İnformasiya təhlükəsizliyi üzrə rəhbəridir.
Hazırda İnformasiya Sistemlərinin Təhlükəsizliyi və İdarəedilməsi üzrə Audit və Konsultasiya xidmətləri təqdim edir.
2006-cı ildən Beynəlxalq İSACA (ABŞ) assosasiyasının üzvüdür. İlqar Əliyev CISA (İnformasiya Sistemləri üzrə Sertifikatlaşmış Auditor), CISM (İnformasiya Təhlükəsizliyi üzrə Sertifikatlaşmış Menecer), CGEIT (İnformasiya Texnologiyalarının İdarəçiliyi üzrə peşəkar sertifikat), CRISC (İnformasiya sistemlərində risklərə nəzarət üzrə peşəkar sertifikat), COBIT 5 Security Assessor peşəkar sertifikatlara malikdir.
Xatırladaq ki, Ekspert Qrupunun sədri “PAŞA Bank”ın İdarə Heyətini üzvü Cəlal Orucovdur.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 d. əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
- 9 d. əvvəl
- 13 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
Ən çox oxunanlar
Avrozonada inflyasiya 3 faizə yüksəlib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb






.jpg)







.jpg)





