"Onların dollarları varsa, bizim də xalqımız, Allahımız var" - LİRƏ "UÇUR"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə çıxışında Dollar/Türk Lirəsi məzənnəsinin yüksəlməsinə də toxunub.
"Marja" xəbər verir ki, hazırda 5.74 səviyyəsini keçən Dollar/Türk Lirəsi məzənnəsindəki yüksəlişə münasibət bildirən Ərdoğan, "Müxtəlif kampaniyalar davam etdirilir. Bu kampaniyalara qulaq asmayın. Onların dollarları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var. Heç narahat olmayın. Çox çalışacağıq və 2023-cü ilə fərqli girəcəyik" - deyib.
Ərdoğanın bu açıqlamasından sonra Dollar daha da ucuzlaşıb.
Xəbər verdiyimiz kimi, Türkiyədə Dolların məzənnəsi görünməmiş bir sürətlə yüksəlməyə davam edir.
Dollar/Türk Lirəsi (TL) məzənnəsi dünən günə 5.30-un üzərində başlamışdı. Daha sonra Dollar/TL məzənnəsi 5.48-i aşaraq yeni rekordunu qırdı. Axşam saatlarında tarixi rekordunu yeniləyən Dollar/TL məzənnəsi gecə yüksəlişini davam etdirərək bu gün səhər 5,74 səviyyəsini keçib. Lirə son 24 saatda Dollar qarşısında 6%-dən çox ucuzlaşıb.
Bu gün səhər Bakı vaxtı ilə saat 09:30-da Dollar 5.7465 Türk Lirəsi səviyyəsində olub.
Keşiş Endryu Brunsonın həbsi və Vaşinqton rəhbərliyinin sanksiya qərarları səbəbilə Türkiyə və ABŞ arasında böhran başlayıb. Türkiyədən doqquz nəfərlik bir diplomatik heyət, Amerika və Türkiyə arasındakı gərginlikləri aradan qaldırmaq məqsədilə Vaşinqtonda danışıqlar aparıb.
ABŞ ilə danışıqlardan nəticə çıxmadığı bildirilir. Bu səbəbdən məzənndə yüksəliş davam edir. Danışıqların uğursuz keçdiyini və razılıq əldə olunmadığını yazan Amerikanın "Wall Street Journal" qəzeti, Tramp-ın komandasının Türkiyəyə yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığı məlumatını da verib.
Qeyd edək ki, son bir ildə Türk Lirəsinin Dollar qarşısında ucuzlaşması 57,91%-ə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 37 d. əvvəl
-
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti


























