Şəmkir Balıq Zavodu özəlləşdirilir - İLKİN QİYMƏT
Əmlak Məsələləri Dövlət Komitəsi sentyabr ayının ilk hərracına ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Bu əmlakların 17-si səhmdar cəmiyyəti, 32-si kiçik dövlət müəssisəsi, 24-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.
Özəlləşməyə çıxarılan müxtəlif iqtisadi sahələrə aid səhmdar cəmiyyətləri Şirvan, Bərdə, Tərtər, Kürdəmir və digər bölgələrdə yerləşir. Say və qiymət baxımından fərqli səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətlərinə Tərtər Nəqliyyat, Zaqatala fındıq, Bərdə Kəndkimya kimi dövlət əmlakları aiddir.
Kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 30 kv.m ilə 9297 kv.m aralığındadır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Əmlak kompleksi torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Bu obyektin ümumi faydalı sahəsi 1169 kv.m-dir. Əmlaka sərmayə yatıraraq müxtəlif sahibkarlıq sahələrində uğur qazanmaq olar. Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Şəmkir Balıq Zavodunun ümumi faydalı sahəsi 341 kv.m-dir. Özəlləşdirilməsi üçün ilkin qiymət 45 min 250 manat təyin olunan obyektin fəaliyyətinin bərpası investora yeyinti sənayəsi üzrə yüksək gəlir qazandıracaq.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Ümumi faydalı sahəsi 10 kv.m və 190 kv.m intervalında olan qeyri-yaşayış sahələrinin 21-i paytaxtda, 3-ü isə Sabirabad, Gəncə və Samux rayonlarında yerləşir. Az investisiya qoymaqla gəlir əldə etmək istəyənlər üçün fərqli ərazilərdə yerləşən dövlət əmlakları da hərraca çıxarılıb. Onlardan biri də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşir. Ümumi faydalı sahəsi 10 kv.m, ilkin hərrac qiyməti 1250 manat olan bu qeyri-yaşayış sahəsi kiçik xidmət sahəsi üçün uğurlu seçimdir.
Hərraca çıxarılan Nissan və Vaz markalı nəqliyyat vasitələrinin buraxılış tarixləri 2004-2007 illəri əhatə edir. Avtomobil almaq arzusunda olan vətəndaş uyğun qiymət təyin olunmuş nəqliyyat vasitələri arasından seçim edərək sifarişçiyə çevrilə bilər.
Qeyd edək ki, hərraclarda iştirak etmək istəyən vətəndaşlar əmlakların siyahısı ilə aşağıdakı linkə daxil olmaqla tanış ola bilər:
Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada iştirak etməyə və ya prosesi ziyarətçi kimi izləməyə dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
19 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 22 d. əvvəl
- 27 d. əvvəl
- 32 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib





.jpg)









.jpg)






