Azərbaycan və Latviyanın iştirakı ilə yeni multimodal marşrut yaradılacaq
Ölkələr arasında mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu yaradılacaq.
Bu barədə Latviya Nəqliyyat Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, bu marşrut "Şimal-Cənub" layihəsi çərçivəsində fəaliyyət göstərəcək.
Qurumdan deyiblər ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi "Latviya Dəmir Yolları" QSC qismində Latviyanın logistika sahəsinin prioritetləri siyahısına daxildir:
"Mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu yaradılır. Təklif olunan logistik qərarın Hindistandan Avropaya effektiv, etibarlı və sürətli yük axınını təmin edəcəyi nəzərdə tutulur. Latviyanın logistik xidmətləri və üstünlüklərindən istifadə etməklə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində Baltika və Şimali Avropa, eləcə də Şərqi və Qərbi Avropa regionu ölkələrinə çıxış yaranır".
Nazirlikdən bildiriblər ki, Latviya Azərbaycanı Avrasiya məkanında yeni nəqliyyat marşrutlarının inkişafı baxımından çox mühüm tərəfdaş hesab edir:
"Azərbaycandan iki çox vacib beynəlxalq nəqliyyat dəhlizi keçir – Hindistan, İran, Azərbaycan, Rusiyanın şimal-qərbi və Baltik dənizi regionunu birləşdirən "Şimal-Cənub" dəhlizi, həmçinin Yeni İpək Yoluna daxil olan, Xəzər və Qara dəniz regionları arasında strateji əlaqə yaradan TRACECA – Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi. Bununla əlaqədar olaraq hesab edirik ki, Azərbaycanın yükdaşımanın inkişafı baxımından əla perspektivləri var. İranla dəmir yolu xəttinin inkişafı "Şimal-Cənub" dəhlizini möhkəmləndirəcək, artıq istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq-Qərb istiqamətini inkişaf etdirəcək".
Qeyd olunub ki, o cümlədən Azərbaycan və Latviya arasında logistik tədarük zəncirinin inkişafı üçün yeni imkanlar Çinin "Bir zolaq, bir yol" təşəbbüsünü yarada bilər:
"Latviya Azərbaycana Şimal-Cənub və Şərq-Qərb istiqamətlərindəki logistik marşrutlarını bizim dəmir yolları və limanlarımız vasitəsilə Şimali və Qərbi Avropa bazarlarına çıxış əldə etməklə təkmilləşdirməyi təklif edə bilər".
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























