“Saatda 23 ton polipropilen istehsal olunacaq”
Xəbər verildiyi kimi, iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən Polipropilen Zavodunun açılışı olub.
Polipropilen məhsulunun istehsal prosesi, məhsulun necə əldə olunması barədə “SOCAR Polymer” şirkətinin proses mühəndisi Rövşən Sadıqovla söhbət etdik.
Şirkətin proses mühəndisi “SOCAR Polymer”in Polipropilen zavodunda istehsal gücünün minimum 80%, maksimum 100% işləmə rejimindən asılı olaraq ayda 13-16 min ton polimer istehsalı nəzərdə tutulduğunu bildirib.
Proses mühəndisi istismara verilmə ilə ilk aylar ərzində saatda 23 ton istehsal üçün tam gücdə çalışacaqlarını bildirib.
O məlumat verib ki, zavod 23-25 ton/saat məhsuldarlığa malikdir və gündəlik 500 ton polipropilen istehsalı planlaşdırılır.
Şirkət nümayəndəsi bildirib ki, zavodda istifadə sahəsinə görə bir-birindən fərqlənən 3 növ polipropilen (Homopolimer, random polimer və so-polimer) məhsulu istehsal olunacaq: “Homopolimerlər daha çox yüngül sənayedə, gündəlik məişətdə istifadə edilən plastik qabların istehsalında, Random polimerlər tibb sənayesində istifadə olunan avadanlıqlar, torbalar, bəzi şprislərin istehsalında, So-polimerlər daha yüksək özüllüyə, sıxlığa, möhkəmliyə malik avtomobil və digər sənayedə istifadə olunur”.
R.Sadıqov zavod üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyindən may ayından xammal olaraq propilen qazı alınmağa başlanıldığını və sınaq üçün istifadə olunduğunu bildirib: “May ayından “Azərikimya”dan propilen xammalı alınıb. İlkin alınan xammal zavodun ümumi start rejiminə çatması üçün istifadə olunub. Son iki aydır ki, “Azərikimya”dan gündəlik müəyyən miqdarda propilen alınır və zavodda o propilen dövr edilir. Zavod tam gücü ilə işlədikdə xammal kimi “Azərikimya” İB-dən saatda 23 ton propilen alınacaq. Zavodun gündəlik 500 tondan çox propilen tələbatı olacaq. Bunun müqabilində 500 tona yaxın polimer istehsal olunacaq”.
Qeyd edək ki, polipropilen istehsalı üçün xammal ilkin təmizləmədən keçdikdən sonra reaktora daxil olur, burada müvafiq katalizatorlar əlavə olunaraq 1 saatdan sonra polimer məhlulu alınır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 saat sonra
-
-
9 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
17 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 18 saat əvvəl
-
18 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
20 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)










.jpg)




