“Facebook” öz internet peykini yaradır
“Facebook” yüksəksürətli internetə çıxışı təmin etmək üçün öz təşəbbüsünü inkişaf etdirməyə davam edir. “Wired” nəşrinin sorğusu əsasında Federal Rabitə Komissiyasından əldə edilmiş sənədlərə əsasən, həmin şirkət dünyada qlobal internetə effektiv genişzolaqlı çıxışı təmin etmək üçün öz internet peykini hazırlayır.
“itc.ua” saytı xəbər verir ki, “Facebook”un nümayəndəsi “Athena” adlı layihə üzərində çalışdıqlarını təsdiq edib.
"Hazırda bu layihə haqda məlumat verə bilmərik, amma peyk texnologiyalarının növbəti nəsil genişzolaqlı çıxış infrastrukturunun inkişafında mühüm rol oynayacağına inanırıq. Bu, internetin əlçatmaz olduğu regionları genişzolaqlı qoşulma ilə təmin etməyə imkan verəcək", – deyə “Facebook”un mətbuat xidmətindən bildirilib.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Ötən ilin sentyabrında tərtib edilmiş genişzolaqlı rabitənin inkişafı haqda hesabata əsasən, planetin 50 faizdən çoxu hələ də qlobal şəbəkəyə qoşulmayıb və bu problemi həll etmək üçün yeganə yol aşağı yerətrafı orbitdə peyklərdən istifadə etməkdir.
Qeyd edək ki, bu istiqamətdə “OneWeb” və “SpaceX” kimi şirkətlər də işləyir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 32 d. əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
3 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib






















