"Pambığa görə bahalı qarpız yeyirik"
Son günlər həm sahələrdə, həm də topdansatış mərkəzlərində qarpız və yemişin qiymətində müşahidə olunan artımın səbəbi havaların kəskin isti keçməsinin nəticəsidir. Bunu kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyib.
N.Nəsirli bildirib ki, hazırda qarpızın qiyməti 50-60 qəpikdir, yemiş isə 60 qəpikdən aşağı deyil.
Ekspert qeyd edib ki, bu il vəziyyət ötən illərdəkindən fərqli olub: “Bu il havalar çox isti keçdiyi üçün sahələrdə qarpız tağlarını yandırıb və məhsuldarlıq xeyli aşağı düşüb. Əgər hər il Sabirabadda qarpız yığımı iyulun sonunda başa çatırdısa, bu il bu proses ən azı 20 gün tez başa çatıb və ona görə də bazarda qıtlıq yaranıb”.
O vurğulayıb ki, qarpız və yemişin daha da bahalaşacağı ilə bağlı səsləndirilən fikirlərin əsası yoxdur:
“Hətta deyirlər ki, qarpızın qiyməti bir manatı ötəcək. Mən o qədər bahalaşma gözləmirəm. Bilirsiniz ki, iyul-avqust ayları qarpızın əsas mövsümüdür. Qeyd etdiyim kimi, hazırda bazarda qıtlıq yaradan əsas amil ondan ibarətdir ki, Sabirabadda qarpız sahələrində məhsul artıq qurtarıb. İndi Bakıya, Sumqayıta və digər iri şəhərlərə məhsullar əsasən Bərdə, Ağcəbədi, İmişli və digər rayonlardan gətirilir. Əgər fikir versəniz, bazarda hər il təqribən bir həftə boşluq yaranır. Çünki əvvəlcə qarpız Sabirabadda yetişir və bazara çıxır, sonra digər rayonlardan. Yuxarıda qeyd olunan rayonlarda qarpız yığımı intensivləşdikcə, bazarda məhsul artacaq və qiymətlərdə sabitlik yaranacaq. Bu baxımdan qiymətlərdə o qədər də ciddi artım gözləmirəm. Ola bilər ki, qiymətlər təxminən 70-80 qəpiyə çatsın, ancaq avqust ayında əsas mövsüm başlayanda qarpızın qiyməti sabitləşəcək”.
Ekspert pambığın əkin sahələrinin genişlənməsinin də buna təsirini qeyd edib: "Müəyyən qədər də pambıq sahələri bostan sahələrinin hesabına genişləndirilib. Bu il pambıq sahələri 18 min hektardan 130 min hektara qalxıb. Bu ərazilərin içərisində əvvəllər bostan bitkilərinin əkildiyi sahələr də var”.
Kənd Təsərrüfatı Nazirliyi də Azərbaycanda satılan qarpızın qiymətinin artmasına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun sözlərinə görə, son zamanlar qarpızın bahalaşması ilə bağlı nazirliyə müraciətlər daxil olur: "Nazirlik nəinki qarpızın, ümumiyyətlə, heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir. Liberal iqtisadiyyatlarda bazar qiymətləri tələb-təklif əsasında formalaşır. Bizim missiyamız fermerləri hansısa məhsulun əkilib-becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, onları aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir.
Qarpızın bahalaşmasına gəldikdə isə qurum rəsmisi fermerlərin hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmədiyini əsas gətirir: "Hamımız bilirik ki, hər il hansısa məhsul əvvəlki illə müqayisədə baha və yaxud ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür. Və yaxud bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır. Bu prosesdən ən çox əziyyət çəkən təbii ki, fermerlər özləridir".
A.Hüseynov səbəblər sırasında daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və s. amilləri də sadalayıb: "Bu problemlər məsələn, Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub, bazarda qıtlığın yaranmasının, qiymətlərin artmasının səbəblərindən biri də budur".
Qeyd edək ki, bir müddət əvvəl qarpızın qiyməti 25-40 qəpik arasında dəyişirdi.
© Trend
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
39 d. əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
-
15 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 15 saat əvvəl
-
15 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
15 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
AZAL 2 milyard 29 milyon manat qazanıb, 1 milyard 812 milyon manatını xərcləyib
-
17 saat əvvəl
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)












