Bu rayonlarda logistika və ticarət mərkəzləri yaradılacaq
2018-ci ildə “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 60 faizi tam icra edilib, 27 faizi qismən icra edilib, 13 faizi isə icra edilməyib.
Bu barədə ““Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
Hesabatda vurğulanıb ki, Bakıda və ölkənin müxtəlif yerlərində logistika və ticarət mərkəzlərinin yaradılmasına dair məlumatlar əsasında Astara, Xaçmaz, Qazax rayonu və Yevlax şəhərində logistika və ticarət mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanıb.
"Bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması və onların idarəolunma mexanizminin müəyyən edilməsi istiqamətində Qazaxıstan, Belarus, Türkiyə və Almaniyanın təcrübələri araşdırılıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı logistika qovşağının yaradılması istiqamətində bir sıra tədbirlər icra edilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında “Terminal 1” yeni aerovağzal kompleksi istismara verilib. 2017-ci ildə 12 yeni xarici aviaşirkət uçuşları həyata keçirməyə başlayıb. “Buta Airways” şirkəti yaradılıb və 2017-ci il sentyabr ayından ilk aşağıbüdcəli uçuşların təşkilinə başlanıb. Aviadaşımalar sahəsində fəaliyyət göstərən şirkətlərin səmərəliliyinin artırılması ilə bağlı təkliflər irəli sürülüb. Yalama-Astara dəmiryol xəttinin Sumqayıt-Yalama hissəsinin texniki iqtisadi əsaslandırılması hazırlanıb. Özəl sektorun dəniz nəqliyyatının inkişaf etdirilməsində rolu araşdırılıb və maye yük daşımaları, quru yük daşımaları, vaqon və avtotexnika daşımalarının hər biri ayrı-ayrılıqda təhlil olunub", - deyə hesabatda vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























