"Eks-nazir Heydər Əsədov maxinasiyaların idarəçisi idi"
Azərbaycanda keçirilən arıçılıq məhsullarının sərgi satış yarmarkalarında çox böyük maxinasiyalar gedirdi.
Bunu Kənd Təsərrüfatı nazirliyinin təşkil etdiyi press tur zamanı açıqlamasında Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib.
O deyib ki, eks-nazir Heydər Əsədov bu maxinasiyaların idarəçisi idi:
“Hələ Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun dövründən sərgilər başqa istiqamətlərə yönəlməyə başaldı. Hətta sərgilərin birində polislər məni bayıra çıxardılar. Çünki insanlara zir-zibil almağa imkan vermirdim. Bal yarmakasında çox böyük maxinasiyalar gedirdi. Bu il qismən qarşısı alınsa da, yenə də tam nail ola bilmədik”.
B.Həsrətov bu məsələlərlə bağlı eks-nazir Heydər Əsədovun qəbulunda olduğunu vurğulayıb:
“Bu problemlərlə bağlı məni qəbul edirdi, fikirlərimi dinləyirdi, deyirdi “oldu, yaxşı”. Amma mən qapıdan çıxandan sonra komandasına “assosiasiyalara imkan verməyin” göstərişini verirdi. Hər yerdən yollarımızı kəsirdilər, qısqanclıq vardı. Subsidiya məsələsi niyə bu günədək gecikir? Biz təklif verdik ki, arı ailələrinin sayılma prosesində assosiasiya nümayəndəsi də iştirak etsin. Amma nazirlik buna razı olmadı, çünki biz olan yerdə maxinasiya edə bilmirdilər. Bugünədək mübarizədə olmuşuq. Amma inanıram ki, yeni nazir İnam müəllim bizə dəstək olacaq”.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
Arıçılq təsərrüfatı barədə məlumat verən B.Həsrətov minə yaxın arı pətəyinin olduğu müəssisədə bir neçə şöbənin fəaliyyət göstərdiyini açıqlayıb:
“Bunlar bal, arı südü, damazlıq ana arının yetişdirilməsi, arı pətəklərinin, çərçivələrin hazırlanması sexləri, təsərrüfat məqsədli anbar, istixana, bal verən arıların yetişdirilməsi və çoxaldılması, bal emalı və qablaşdırılması sexidir (avqust ayında fəaliyyətə başlayacaq). Təsərrüfatı 2011-ci ildən genişləndirməyə başlamışıq.
"Bal evi"miz hələ tam gücü ilə işləmir. Turistləri qəbul edəndən sonra daha geniş fəaliyyət göstərəcəyik. Hazırda müəssisənin 14 adda məhsulu var. Bunlardan 4-ü qablaşmayan, 10-u isə qablaşan məhsullardır. Təsərrüfat ildə 20 ton bal istehsalı üçün nəzərdə tutulub, amma bu rəqəm ildən ilə dəyişə bilir. Ərəb ölkələri ilə razılaşmalarımız var. Bu il üçün bizə Dubaydan 50 ton bal sifariş edilib. Öz balımızla yanaşı, ətraf rayonlardan da bal alıb, qablaşdıraraq ixrac etməyi düşünürük. Əsas hədəfimiz xarici bazarlardır. Gələcəkdə burada apiterapiya (arılarla müalicə) mərkəzi də yaratmağı düşünürük”.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

© Modern
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
34 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 48 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Faktorinq şirkəti 14% pul axtarır
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır




















.jpg)
