"İri şəhərlərin yaxınlığında meyvə bağlarının salınmasına ehtiyac var"
Şəhərlər yalnız hündürmərtəbəli yaraşıqlı binaların cərgə-cərgə düzüldüyü, işıqlı, geniş düz yolların salındığı, böyük infrastrukturun yaradıldığı yer deyil, həm də müasir insanın təbiətlə vahid orqanizm halında birgəyaşayış mədəniyyətini göstərən məkandır. Elə ona görə də indiki dövrdə yalnız mənfəət üçün müəyyən ərazilərdə deyil, həm də iri şəhərlərdə, yaşayış massivlərinin yaxınlığında müxtəlif kiçik meyvə bağlarının salınmasına böyük ehtiyac var.
Bu sözləri müsahibəsində Aqrar Universitetin professoru Zaur Həsənov bildirib.
Müasir şəhərlərdə ekoloji tarazlığın qorunması ilə bağlı sualı cavablandıran Z.Həsənov qeyd edib ki, istənilən şəhərdə, məhəllələr arasında, yaşayış massivləri yaxınlığında meyvə bağları salınmalıdır. Bu cür bağların qurulması parklardan fərqli olaraq elə də böyük vəsait tələb etmir. Lakin, həm ekoloji, həm də iqtisadi baxımdan parklardan daha faydalıdır. O deyib: “Meyvə ağacları ilin bütün fəsillərində istər çiçəkləyəndə, meyvələri yetişəndə, istərsə də payız fəslində ətrafa gözəllik verir. Parklardakı dekorativ ağaclar isə həmişə eyni görkəmdə olur. Digər tərəfdən, meyvə ağaclarının çiçəklərinin, meyvələrinin, yaxud yarpaqlarının ətri bir sıra xəstəliklərin müalicəsində olduqca faydalıdır. Üçüncüsü, meyvə ağacları çiçəkləyəndə arılar üçün, meyvələri yetişəndə isə quşlar üçün əsl qida mənbəyi olur. Arılar isə təbiətdə ən sağlam qida olan balı istehsal etməklə yanaşı, həm də tozlanma prosesinin əsas iştirakçılarıdır. Bu o deməkdir ki, meyvə bağlarının salınması həmin şəhərdə və ətraf ərazilərdə yaşayan arıçıların yüksək məhsul əldə etməsinə də şərait yaradacaq. Həmçinin arıların tozlanma prosesində fəal iştirakı, digər meyvə bağlarının və əkin sahələrinin məhsuldarlığına da bilavasitə təsir göstərəcək”.
Z.Həsənov bildirib ki, meyvə bağlarının salınması şəhərdə faunanın zənginləşməsinə, xüsusilə müxtəlif növ quşların sayının artmasına da şərait yaradacaq. “Unutmaq olmaz ki, həmin quşlar təbiətin sanitarı rolunu oynamaqla yanaşı, həm də bitkilərin toxumunu uzaq yerlərə daşıyan və planetimizdə yaşıllıqlar arasında növ müxtəlifliyini yaradan əsas varlıqlardır”, – deyə professor qeyd edib.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















