Milyonlarla vəsait ayrılacaq qurumların adları açıqlandı

"Şərq-Qərb dəmir yolu dəhlizinin yenidən qurulması üçün "Azərbaycan Dəmir Yolları" QSC-yə 100 mln. manat ayrılması nəzərdə tutulur.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Xatırladaq ki, bu gün komitədə "2018-ci il dövlət büdcəsi haqqında qanun"a dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunur.
Bundan başqa, nazirin sözlərinə görə, kənd təsərrüfatına dövlət qayğısının artırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə 98 mln. manat, təbii fəlakətlərin nəticələrinin daha çevik aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinə 20 mln. manat, turizmin inkişafı üçün Dövlət Turizm Agentliyinə 20 mln. manat, Bakı şəhərinin arxitekturası ilə bağlı yeni layihələrin icrasına üçün isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 9 mln. manat ayrılması nəzərdə tutulur.
Bundan başqa, "Ümid", "Babək", "Qarabağ" yataqlarının işlənməsinə 663 mln. manat ayrılması planlaşdırılır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 d. əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
23 d. əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
-
- 34 d. əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək
Ən çox oxunanlar

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
