Avtobuslara bilet satışı üzrə vahid e-sistem tətbiq olunacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtobusla sərnişindaşıma üçün bilet alışı üzrə vahid elektron sistemin tətbiqini planlaşdırılır.
Bunu Dövlət Xidmətinin rəisi Həbib Həsənov qurumun fəaliyyətinin yeni konsepsiyasının təqdimatında deyib.
H.Həsənov bildirib ki, ölkədə avtovağzal və avtostansiya şəbəkəsinin genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi üzrə kompleks tədbirlər aparılır:
"Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtobuslar, minik avtomobilləri və taksilərin daha təhlükəsiz, rahat və nəzarət olunan hərəkətinin təmin edilməsi üçün yenidənqurma işləri görülür. Diqqət mərkəzində olan əsas məsələlər şəhərlərarası daşıma üçün dispetçer mərkəzinin yaradılması, həmçinin bilet satışı üzrə vahid elektron sistemin tətbiqi və onun digər nəqliyyat vasitələrinə bilet satışı sistemi ilə inteqrasiyasıdır".
Xidmtə rəisi qeyd edib ki, eyni zamanda şəhərlərarası və beynəlxalq avtobusların "avtovağzaldan avtovağzala" prinsipi ilə hərəkətinin təmin edilməsi üçün təkliflər zərfi də hazırlanır:
"Bu tələbata uyğun olaraq Bakıda müxtəlif yerlərdə avtostansiyaların yaradılması işləri gedir".
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























