"Cavab versələr, səhv edəcəklər"
ABŞ Prezidenti Donald Trump, ölkəsinin polad və alüminium idxalına tətbiq etdiyi əlavə gömrük vergisinə qarşı addım atmağı planlaşdıran ölkələri, "Cavab versələr, səhv edəcəklər" deyərək xəbərdarlıq edib
Kanadada keçirilən 44-üncü G-7 Liderlər Zirvəsidən Şimali Koreya lideri Kim Jong-un ilə 12 İyunda keçirəcəyi görüşə görə erkən ayrılan Donald Tramp, mətbuat nümayəndələrinə açıqlamalar verib.
TİCARƏT TƏRƏFDAŞLARINA TƏHDİD
Tramp, zirvədə başda "ticarət əlaqələri", "qeyri-müntəzəm miqrasiya" və "İranın nüvə təhdidi" olmaq üzrə bir sıra məsələr üzərində olduqca uğurlu görüşlər keçirdiklərini deyib.
ABŞ-ın idxal məhsullarına vergi tətbiq etməməsindən on illər ərzində başqa ölkələrin faydalandığını bildirən Tramp, "Digər ölkələrdən, Amerikanın ixrac mallarının bazarlarına ədalətli və bərabər şəkildə girməsini təmin etmələrini istəyirik" deyib.
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!
ABŞ ilə digər ölkələr arasındakı xarici ticarətdə söz mövzusu olan bərabərsizliyin, ABŞ-ın keçmiş liderlərindən qaynaqlandığını qeyd edən Trump, belə davam edib:
"Biz ölkə olaraq keçən il ticarətdə 807 milyard dollar itirmişik. Bu gülünc və qəbul edilməzdir. Dolayısı ilə onlar deyil, bizim liderlərimiz günahkardır. Əslində öz ölkələri üçün çox yaxşı olan, ancaq ABŞ üçün çox pis olan bu ticarət müqavilələrini imzalatmağı bacardıqları üçün başqa ölkə liderlərini təbrik edirəm, amma bu günlər artıq geridə qaldı".
Bəzi ölkələrin ABŞ-ın polad və alüminium idxalına vergi tətbiq etməsinə qarşı addım atmağı planlaşdırdıqlarına dair suala cavab verən Tramp, "Cavab versələr, səhv edəcəklər" xəbərdarlığını edib.
"KİM İLƏ GÖRÜŞÜM SÜLH ÜÇÜNDÜR"
Sinqapura hərəkət etməkdə olduğunu qeyd edən Tramp, "Bir sülh missiyasını yerinə yetirəcəm. Öz qəlbimdə, dünyadakı milyonlarla insanın qəlbini daşıyacam" deyib.
Koreya Yarımadasının nüvədən təmizlənilməsi lazım olduğunu vurğulayan Tramp, bunun olması vəziyyətində Şimali Koreyanın qısa müddət ərzində möhtəşəm bir yerdə olacağını deyib.
Kim ilə görüşünü "bir dəfə" kimi qiymətləndirən Tramp, "Bu fürsət bir daha olmayacaq. Özü, ailəsi və xalqı üçün həqiqətən çox müsbət bir şey edəcəyinə inanıram" deyib.
"RUSİYA G7-YƏ QƏBUL EDİLMƏLİDİR"
Tramp, Rusiyanın qrupa daxil edilməsinin G-7 üçün faydalı olacağını deyib.
G-7 ölkələr qrupunu yenidən G-8 kimi görmək istədiyini bildirən Tramp, "Dünyaya sülh gətirməyə çalışırıq. Oyun oynamaqda deyilik",- ifadələrini istifadə eedib.
G7, eyni zamanda dünyanın ən böyük iqtisadiyyatına malik 7 ölkənin qrupu kimi tanınır. 1998-ci ildən 2014-ə qədər 8 ölkənin üzv olduğu və G8 kimi tanınan qrup, 2014-də Rusiyanın Krımı ilhaq etməsi səbəbindən qrupdan çıxarılması nəticəsində G7 adlandırılmağa başlanmışdır.
Zirvə görüşündə çəkilmiş ən yaddaqalan foto. Trampın tək qaldığı hiss olunur. Almaniyanın Baş naziri Angela Merkel, ABŞ Prezidenti Donald Tramp ilə ciddi fikir ayrılıqlarının olduğunu deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
45 d. əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 46 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib


















