Hüseynovlar ailəsi “Talalar” brendi ilə bazara daxil olub
Balakən rayonunun Talalar kənd sakini Qurban Hüseynovun ailəsi uzun illərdir heyvandarlıqla, süd məhsulları istehsalı ilə məşğul olur. Hüseynovlar ailəsi hazırladıqları süd məhsullarının bir hissəsindən öz tələbatlarının ödənilməsi üçün istifadə edir, qalan hissəsini isə yerli bazarda satışa çıxarır.
Müxbirimiz bu ailənin qonağı olub, onların iş qayğıları ilə maraqlanıb.
Ailə bizneslərini inkişaf etdirmək üçün iki il əvvəl Kənd Təsərrüfatı Nazirliyindən güzəştli şərtlərlə xaricdən gətirilmiş 20 baş holşteyn-friz cinsli mal-qara alan Hüseynovların hazırda 25 baş südlük cins inəyi var. Ailənin üzvü Elvin Hüseynov bildirib ki, gündəlik 150-200 litrədək süd sağır, ata-baba qaydasında pendir hazırlayaraq bazara çıxarırlar: “İstehsalımız artsa da, bazarda pendirə tələbat azalıb. Çünki bütün istehsalçılar bazara eyni cür, kustar üsulla hazırlanan pendir çıxarırlar. Çalışırıq elə pendir istehsal edək ki, bazarda ona tələbat olsun, məhsul yaxşı satılsın, gəlirlərimiz də artsın”.
Hüseynovlar ailəsi biznesini inkişaf etdirmək, böyük bazarlara, ticarət şəbəkələrinə çıxış əldə etmək üçün “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulmaq qərarına gəlib. İstehsalçıların müraciəti qurum tərəfindən müsbət qarşılanıb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə SOCAR-ın əməkdaşlığı çərçivəsində bu ailəyə monoblok-konteyner də verilib. Konteynerin içərisində zəruri istehsal avadanlığı var.
Elvin Hüseynov deyib: “Ötən ilin sonlarından fəaliyyətə başlamışıq. Rəqabətədavamlı, keyfiyyətli pendirin hazırlanmasında “ABAD”ın texnoloqları bizə hər cür kömək göstərirlər. İstehsal etdiyimiz “kaşar” və “saçaq” növlü pendir məhsulları “Talalar” brendi ilə satışa çıxarılır. Məhsullarımız müvafiq uyğunluq və gigiyena sertifikatlaşdırmasından da keçib. İnanırıq ki, “ABAD”la əməkdaşlıq ailəmizin büdcəsinə daha çox gəlir gətirəcək”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
22 d. əvvəl
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
26 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 44 d. əvvəl
- 45 d. əvvəl
- 48 d. əvvəl
- 49 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)
.jpg)










