Şənbə və bazar Dolları ucuz yığıblar
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
“Qara bazar” da Dolların ucuzlaşdığı bildirilir.
“Marja”nın əldə etdiyi məlumata görə, ötən şənbə və bazar günləri “qara bazar”da 1 dolları 1.85 manata alıb, 1.87 manata satanlar mövcud olub.
Ötən həftənin cümə günü səhər “qara bazar” Dolları 1.90 manata alıb, 1.92 manata satırdı.
Adətən "qara bazar" Dolları banklardan baha alıb, ucuz satır. Şənbə və bazar günləri Dolların banklardan ucuz alınması - həmin günlər bankların bağlı olması, Dollar satanların çoxluğu və Bazar ertəsindən dolların daha da ucuzlaşacağının gözlənilməsi ilə izah edilir.
Qeyd edək ki, ötən həftənin cümə günü banklarda Dolların alış qiyməti 1.86 manatadək düşmüşdü. Bu həftə alış qiymətinin daha da düşəcəyi gözlənilir. Banklardan birindən ”Marja”ya “əhali dolları necə almışdısa, elə də satır” – deyə bildirmişdilər. Dollar almaq istəyənlərin sayı xeyli azalıb.
Banklarda ötən həftənin son iş günü Dolların satış qiyməti 1.93 manat civarında idi. Bəzi banklar Manat qıtlığı olduğundan yüksək məbləğlərdə Dollar ala bilmirlər.
Adətən yanvar və fevral ayları Azərbaycanda idxalın ən aşağı səviyyədə olduğu aylar olur. Digər aylarda 700-750 milyon dollar civarında dəyişən aylıq idxal ötən ilin yanvar və fevral aylarında müvafiq olaraq 434,3 milyon dollar və 542 milyon dollara düşmüşdü.
Həmçinin əhalinin gəlirləri və yığımları azaldığından Dollara da təlabat aşağı düşüb.
Bir sıra iqtisadçılar bildirirlər ki, Dolların Manat qarşısında ucuzlaşması üçün heç bir iqtisadi səbəb yoxdur. Neft kəskin bahalaşmayıb və Azərbaycanın valyuta gəlirləri artmayıb. Bunlara görə Doların ucuzlaşdırılması süni xarakter daşıyır. Büdcə xərcləri açıldıqdan və Novruz bayramı ərəfəsindən idxal artacağından Dollara tələb də yenidən artacaqdır.
Digər tərəfdən bu ilin Yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatları 8,9% və ya 352,8 milyon dollar artaraq 4 milyard 327,2 milyon dollara yüksəlib.
Valyuta ehtiyatlarının artması Neft Fondunun "makroiqtisadi sabitlik" məqsədilə nəzərdə tutulan 7,5 milyard manatın bir hissəsinin Mərkəzi Banka köçürülməsi ilə izah etmək olar. Bu məqsədlə Neft Fondu ayda orta hesabla 625 milyon manat köçürməlidir. Bu isə təxminən 342 milyon dollar (yanvar üzrə orta məzənnə təxminən 1,83 USD/AZN) edir. Məzənnə fərqini də nəzərə alsaq, təxminən 352-357 milyon dollar edir. Ehtiyatın həcmi də məhz bu həddə artıb.
HYUNDAİ CRETA! KOMPAKT SUV-UN YENİ ULDUZU!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 21 d. əvvəl
-
-
46 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
48 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur






















