Türkiyədə sağlamlıq turizmi saç əkdirilməsi və plastik cərrahiyyə ilə inkişaf edir
Türkiyənin turizm gəlirlərində ilbəil artım qeyd edilən yeganə sahə sağlamlıq turizmidir. Sağlamlıq turizmi xərcləri 12,03 faiz artaraq 715 milyon 438 min dollara çıxıb.
“Marja” Türkiyə Statistika Qurumuna (TÜİK) istinadən xəbər verir ki, 2016-da ölkənin turizm gəlirləri, bir əvvəlki illə müqayisədə 29,7% azalaraq 22 milyard 107 milyon 440 min dollar olub. Bu gəlirlərin 18 milyard 495 milyon 978 min dolları fərdi xərclərdən, 3 milyard 611 milyon 462 min dolları paket tur xərclərindən yaranıb.
Turizm gəlirlərində artım qeyd edilən yeganə sahə sağlamlıq turizmi olub. Sağlamlıq turizmi xərcləri 2016-da bir əvvəlki illə müqayisədə 12,03 faiz artaraq 715 milyon 438 min dollara çıxıb. Sağlamlıq turizminin turizm gəlirləri içərisindəki payı 2,03%-dən 3,24%-ə yüksəlib. Türkiyəyə keçən il səhiyyə və tibbi səbəblərlə gələn şəxslərin sayı 109 min 238 olub.
Avropanın bir çox ölkəsindən Türkiyəyə xəstələr gəlir. Türkiyə, İraq və Liviya ən çox xəstə gələn ölkələrə viza tətbiq etməsinə baxmayaraq, bu ölkələrdən gələnlərin sayı artmaqda davam edir.
Türkiyəyə xəstələr ən çox saç əkdirilməsi və plastik cərrahiyyə kimi əməliyyatlar üçün səfərə edirlər. Xəstələr, Avropadan və Ərəb ölkələrindən "karvanlar" halında saç əkdirməyə gəlirlər. Həmçinin orqan nəqli, beyin və sinir cərrahiyyəsi sahələrinə də çox tələb var.
Türk Hava Yollarının sağlamlıq turizmi üçün gələn xəstələrə bilet qiymətlərində endirim tətbiq etməsi də sağlamlıq turizminin inkişafına təsir göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 16 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























