Azərbaycanda da bankı olan "UniCredit"in "Societe General" ilə birləşəcəyi bildirilir

İtaliyanın aparıcı bankı "UniCredit SpA", Fransanın ən böyük ikinci bankı "Societe General" ilə birləşməyi nəzərdən keçirir.
"Marja" "Financial Times"a istinadən xəbər verir ki, mənbələr, əvvəl "SocGen"də çalışmış "Unicredit"in İcraçı direktoru Jean Pierre Mustier-in bu fikri bir neçə aydır ortaya atdığını bildiriblər. "Societe General"ın direktorları da iki bankın birləşməyə ehtimalını öyrənməkdə olduqlarını bildiriblər.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Xəbərə görə, sözügedən birləşməyə dair danışıqlar, hələ erkən mərhələdədir. Bir tərəfdən, İtaliyadakı siyasi qarışıqlıq çətinlik yarada bilər. "Financial Times"da yer alan xəbərdə qeyd edilib ki, İtaliya siyasətində baş verən qarışıqlıq müqavilənin potensial tarixini nəzərdə tutulduğundan 18 ay irəli çəkib.
Qeyd edək ki, "UniCredit SpA" dolayı yolla "Yapı Kredi Bank Azərbaycan"ın səhmdarıdır. Belə ki, "Yapı Kredi Bank Azərbaycan", Türkiyənin "Yapı Kredi" bankının törəməsidir. "Yapı Kredi"nin ana səhmdarları "UniCredit" (İtalya) və "Koç Holding"dir (Türkiyə).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
-
10 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
11 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
12 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 12 saat əvvəl
-
13 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
