Dünyanın ən çox qazanan Forex yatırımçıları
Forex yatırımlarından pul qazanmaq, bütün investorların ortaq arzusudur. Uğurlu əməliyyatlar nəticəsində əldə edilən gəliri böyütmək, investisiya risklərindən qorunmaq, hətta fərdi müvəffəqiyyət hekayəsi yaratmaq isə bir hədəfdir. Bu hədəf və xəyalları aşaraq, ən çox qazanan Forex sərmayəçiləri siyahısına adını yazanların hekayələri təəccübləndirir. Ən yaxşı olmaq istəyirsənsə, ən yaxşıları öyrənmək lazımdır. Qəlibindən çıxaraq, çaşdırıcı və ovsunlayıcı investisiya keçmişləriylə, dünyanın ən məşhur valyuta “kəndirbazları” qarşınızdadır.
Bill Lipschutz
New Yorkda doğulan Lipschutz, riyaziyyat mövzusunda həmişə parlaq bir şagird idi. 1982-ci ildə Kornel Maliyyə Kollecinin məzunu oldu və daha sonra magistratura dərəcəsini aldı. Səhmlər və Forex ilə əlaqədar tapdığı hər şeyi oxuduğunu və bundan çox böyük bir zövq aldığını söyləyir. 12 min dollarlıq investisiya etdiyi səhmləri yaxşı qiymətləndirdi və sərmayəsini bir neçə ay içində 250 min dollara çıxardı. Lakin nizamsız iş təbiəti səbəbiylə səhmlərdən gələn gəlirlərin böyük bir hissəsini itirdi. Bu itkinin altından çox tez sıyrılacaq qədər uğurlu olan Lipschutz, ticarətin daha sabit bir forma olması səbəbiylə Forex yatırımına yönəldi və bu səfər valyuta sərmayələri etməyə başladı. Qısa zamanda Forex bazarının ən yaxşı treyderlərindən biri oldu. Lipschutz bir il içərisində, yalnız Forex bazarında tək başına ümumi 300 milyon dollar investisiya etməsiylə tanınır.
George Soros
Maliyyə bazarında rekordlar qıran əfsanəvi Corc Soros, eyni zamanda dünyanın ən zəngin 15 adamından biri kimi bilinir. Bu məşhur Forex peşəkarı tək bir əməliyyatla və bir gündə 1 milyard dollar qazandı. 1992-ci ildə yaşanan böyük böhranda bu qazancı əldə etmiş olması, “ingilis banklarını soyan adam” adı ilə tanınmasına səbəb oldu. Pulların yerini dəyişdirib, qiymətin aşağı olduğu yerdən götürüb yüksək olduğu yerdə satan, yəni ilk Arbitraj edən adam olaraq önə çıxan Soros, siyasi şəxsiyyət kimi də tanınır.
John R. Taylor
Prinston Universitetinin məzun olan Teylor, Chemical Bank üçün siyasi analitik olaraq maliyyə sektoruna daxil oldu. Yalnız bir ildə valyuta bazarlarında nə qədər qabiliyyətli olduğunu sübut edən investor, bankın Forex analitiki oldu. Con, Forex anlayışlarını və pul vahidlərini çox yaxşı idarə edərək çalışdığı firmanın qürur qaynağı halına gəldi. Eyni zamanda çox müvəffəqiyyətli bir investor olan Con R. Teylor inkişaf etdirdiyi Forex modelləri və onlayn ticarət sistemləriylə investisiya texnologiyalarının qabaqcılı olaraq qəbul edilir. Müvəffəqiyyət sirrini isə, daim yenilikçilik və araşdırma eşqi olaraq qeyd edir.
Andrew Krieger
Pensilvania Universitetində biznes mühəndisliyi oxuyan Krigeri sıradan bir əməliyyatçı işindən götürüb, şöhrətli investisiya həyatına adaptasiya edən hadisə, Yeni Zelandiya dollarına (Kiwi) qarşı etdiyi investisiyalar oldu. Kiwi-yə qarşı yüzlərlə qısa mövqe açaraq rekord mənfəət əldə etdi. Belə ki, satış əmrləri Yeni Zelandiyanın pul ərzini aşdı. Bu gün, etdiyi investisiya hücumu “Yeni Zelandiya hücumu” olaraq xatırlansa da böhranı öz lehinə çevirən investor, Forex bazarının unutulmazları arasında var. Endryu Kriger, müvəffəqiyyətin sirrini qısa müddətli və aqressiv investisiyalarında bilir.
Mənbə: https://www.investaz.az
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
6 saat əvvəl
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
“Meqa Həyat Sığorta”nın xalis mənfəəti 2,5 dəfə artıb
“Atəşgah Həyat Sığorta”nın mənfəəti artıb
“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb
“A-Qrup Sığorta”nın xalis mənfəət 7 dəfə artıb
"Atəşgah Sığorta" 2025-ci ili xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
"İpək Yolu Sığorta"nın xalis mənfəəti 44 %-ə yaxın azalıb
"Azərbaycan Sənaye Sığorta" mənfəətdən zərərə keçib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
Ələtdə data mərkəzin yaradılması müzakirə edilib - “Haimaker”in direktoru ilə görüş keçirilib
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
"Qala Həyat Sığorta"nın xalis mənfəəti 21 faiz artıb
"Meqa Sığorta"nın xalis mənfəəti artıb
SOCAR-ın prezidenti “ITOCHU”nun baş əməliyyat direktoru ilə görüşüb


















