“Veysəloğlu Qrup”un baş sponsorluğu ilə keçirilən Məntiq Olimpiadasının qalibləri mükafatlandırıldı
Bu gün Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, Xəzər Universitetinin akademik tərəfdaşlığı, Kainat Tədris Mərkəzi və ATGTİ-nin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan III Tələbələrarası Məntiq Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Park İnn otelində baş tutan tədbirdə Veysəloğlu Qrupun Biznesə Dəstək üzrə Baş direktoru İlqar Nuri, Xəzər Universitetinin professoru Fuad Rəsulov, ATGTİ-nin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Ramin Həbibzadə və Kainat Tədris mərkəzinin direktoru İlqar Ağakişiyev və olimpiadanın iştirakçısı olmuş tələbələr iştirak ediblər. Mükafatlandırma mərasiminə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Ardınca olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub.
Bilik yarışının qaliblərini təbrik edən Veysəloğlu Qrupun Biznesə Dəstək üzrə Baş direktoru İlqar Nuri məntiq olimpiadasının əhəmiyyətindən söhbət açıb, iştirakçılara həm təhsilində, həm də gələcək işlərində müvəffəqiyyətlər arzu edib.
Tədbirin sonunda III Tələbələrarası Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb. Belə ki, ilk onluğu tutan tələbələrə sertifikat, Teas Press Nəşriyyat evindən bestseller kitablar, planşet, noutbuk və 1-ci yerin sahinibə Veysəloğlu Qrup tərəfindən iPhone X mobil telefonu təqdim olunub, Xəzər Universitetindən isə 2 illik ödənişsiz MBA təhsili almaq şansı qazanıb. İkinci tura keçən 200 tələbəyə isə Ulduz Şokolad Fabrikindən şokoladlar, Kainat Tədris Mərkəzindən isə test kitabları hədiyyə olunub.
Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan III Tələbələrarası Məntiq OlimpiadasıAzərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin inzibati binasında keçirilmişdi. Birinci mərhələdə ümumilikdə 3177 tələbə iştirak etmiş və final mərhələsinə 200 nəfər vəsiqə qazanmışdı.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
22 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























