Dövlət şirkətindən 100 milyon manat xalis mənfəət!
Dövlətə məxsus “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aktivləri bu il yanvarın 1-nə 1 milyard 30 milyon manat təşkil edib.
Gəmiçiliyin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,25% çoxdur.
Ötən il müəssisənin uzunmüddətli aktivləri 14,75% artaraq 767,44 mln. manata, cari aktivləri isə 12,8% artaraq 262,711 mln. manata çatıb.
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!
Hesabat dövründə səhmdar cəmiyyətin öhdəlikləri 13,1% artaraq 106,611 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 8% azalaraq 32,001 mln. manat, cari öhdəlikləri isə 25,4% artaraq 74,61 mln. manat olub.
İl ərzində Gəmiçiliyin cəmi kapitalı 14,4% artaraq 923,54 mln. manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 440,051 mln. manat olub.
2017-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin gəlirləri 474,305 mln. manat (2016-cı ilə nisbətən 4,3% çox), satışlarının maya dəyəri 265,101 mln. manat (0,6% az), ümumi və inzibati xərcləri 52,12 mln. manat (14,5% az), sosial xərcləri 5,103 mln. manat (26,6% çox), digər əməliyyat gəlirləri 44,39 mln. manat (2,4% az), digər əməliyyat xərcləri 52,105 mln. manat (2,85 dəfə çox), əsas vəsaitlərin silinməsindən zərəri 837 min manat (37,8% az), məzənnə fərqindən zərəri 3,888 mln. manat (əvvəlki il gəlir olub), maliyyə xərcləri 1,41 mln. manat (11,65% az), mənfəət vergisi xərci isə 38 mln. manat (5,4% az) təşkil edib. Son nəticədə səhmdar cəmiyyəti ötən ili 100 milyon 131 min manat xalis mənfəətlə başa vurub. Bu isə əvvəlki ilə nisbətən7,5% azdır.
© Report
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)
.jpg)







.jpg)





