Gürcüstandan Azərbaycana avtomobil idxalı 5 dəfədən çox artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 1 995 ədəd avtomobil idxal edib.
Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına görə, idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.
Hesabat dövründə qonşu ölkədən idxal olunmuş avtomobillərin ümumi dəyəri 36 mln. 778,7 min dollar təşkil edib. İdxal olunmuş avtomobillərin dəyəri ötən illə müqayisədə 3,9 dəfə çox olub.
Xəbər verdiyimiz kimi, 2018-ci ilin yanvar-aprel aylarında Azərbaycana 5310 ədəd nəqliyyat vasitəsi idxal olunub.
"Marja" Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin ilk 4 ayı ilə müqayisədə nəqliyat vasitələrinin idxalı 2,7 dəfə artıb. 2017-ci ilin ilk 4 ayında Azərbaycana 1 943 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.
İlk 4 ayda ölkəyə gətirilən avtomobillərin 23 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4 785 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 477 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 25 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Ötən ilin yanvar-aprel aylarında minik avtomobilərinin idxalı 1 620 ədəd ikən, bu ilin eyni dövründə 4785 ədəd təşkil edib.
2018-ci ilin 1-ci rübündə Azərbaycana 3 506 ədəd nəqliyyat vasitəsi idxal edilmişdi. Apreldə idxal 1804 ədəd təşkil edib.
© APA, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























