Snapchat İPO-ya hazırlaşır
Mobil mesajlaşma proqramı Snapchat-ı yaradan Snap adlı şirkətin, Nyu-York Birjasında IPO üçün hazırlaşdığı bildirilib. İPO - şirkətin səhmlərinin ilkin yerləşdirilməsi prosesidir. İPO zamanı şirkətin səhmlərinin bir hissəsi geniş investor kütləsinə təklif olunur.
Şirkətin ABŞ-ın Birjalar və Qiymətli Kağızlar Komissiyasına (SEC) etdiyi rəsmi müraciətində səhmlərinin Nyu-York Birjasına bu il ərzində təqdim olunmasını planlaşdırdığı bildirilib.
Açıqlamada, şirkətin sözügedən IPO-dan təxminən 3 milyard dollar əldə etməyi qarşısına məqsəd qoyduğu məlumatına yer verilib.
Snapchat proqramının 2011 və 2012-də min adam tərəfindən istifadə edildiyinin bildirildiyi açıqlamada, bu rəqəmin keçən ilin sonunda 158 milyona çatdığı və istifadəçilərin Snapchat proqramı vasitəsilə gündə cəmi 2,5 milyarddan çox mesaj göndərdiyi qeyd edilib.
Açıqlamada, şirkətin tarixinin qısa olduğu, yeni iş modeli inkişaf etdirdiyi bildirilib.
Mütəxəssislər, Snapchat-in artan zərərinə işarə edərək, IPO sayəsində şirkətin maliyyə ehtiyatlarını artırmağı qarşısına məqsəd qoyduğunu vurğulayırlar. IPO-dan 3 milyard dollar əldə edilməsi vəziyyətində şirkətin bazar dəyərinin 25 milyard dollar olacağı gözlənilir.
Snap şirkəti 2015-də 372,9 milyon dollar zərər edərkən, bu məbləğ ötən il 514,6 milyon dollara qalxmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























