ABŞ-da ipoteka krediti faizləri 7 ilin ən yüksək səviyyəsinə qalxıb

ABŞ-da mənzil krediti (ipoteka krediti) faiz nisbətlərinin bu həftə son 7 ilin ən yüksək səviyyəsinə qalxdığı bildirilir.
"Marja" xəbər verir ki, ABŞ federal mənzil və kredit şirkəti "Freddie Mac" tərəfindən verilən açıqlamada, ölkədə 30 il müddətli ipoteka krediti faiz nisbətinin bu həftə ötən həftəyə nisbətən 6 faiz bəndi artaraq 4,61%-ə çatdığı qeyd olunub.
Açıqlamada, 30 il müddətli mənzil krediti faiinin 19 May 2011-ci ildən bu yana ən yüksək səviyyəyə yüksəldiyi qeyd edilib.
Açıqlamada, sağlam istehlakçı xərclərinin və yüksək əmtəə qiymətlərinin ipoteka krediti faizlərinin artmasına səbəb olduğu vurğulanıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Həmçinin açıqlamada, benzin qiymətlərinin son 4 ilin ən yüksək səviyyəsinə yaxınlaşdığına və ev satışlarının yüksək olduğu bir mövsüm başlayarkən alıcıların borc məsrəflərinin artdığına işarə edilib.
"Freddie Mac", 15 illik ipoteka krediti faizinin də bu həftə ötən həftəyə nisbətən 7 bənd artımla 4,08%-ə qalxdığını qeyd edib.
Bundan başqa, 5 illik ipoteka krediti faizinin də sözügedən dövrdə 5 bənd artımla 3,82%-ə çatdığı qeyd edilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
23 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
23 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
