NIKOIL | Bank Böyük Vətən müharibəsi veteranlarını təbrik etdi

(R) Faşizm üzərində böyük Qələbənin 73-cü ildönümü münasibətilə NIKOIL | Bank Leninqradın (indiki Sankt-Peterburq) 900 günlük mühasirəsi zamanı dəhşətli anlar yaşayan Böyük Vətən müharibəsi veteranlarını təbrik etdi.
NIKOIL | Bankın rəhbərliyi Böyük Vətən müharibəsi veteranları ilə görüşərək, onlara fədakarlıqlarına görə minnətdarlığını bildirdi. Bankın rəhbərliyi veteranları Qələbə Günü münasibətilə təbrik etdi, onlara uzun ömür və can sağlığı arzuladı.
Qeyd edək ki, Leninqradın mühasirəsi 1941-ci il sentyabrın 8-dən 1944-cü il yanvarın 27-dək davam etmişdir. Müxtəlif mənbələrə əsasən həmin illər ərzində 300 mindən 1,5 milyonadək insan həlak olmuşdur. Onlardan 97%-i aclıqdan, qalan 3%-i isə bombalanma və artilleriya atəşindən həlak olub. Xatırladaq ki, müharibə illəri ərzində Sovet ordusu sıralarına 600 000-nə yaxın azərbaycanlı çağırılmış, onların təxminən yarısı cəbhədə həlak olmuşdur. NIKOIL | Bank bəşəriyyət tarixində ən qanlı müharibənin döyüş meydanında həlak olanların işıqlı xatirəsini anır və bütün Azərbaycan xalqını Qələbə Günü münasibətilə təbrik edir.
NIKOIL | Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
19 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
