“Royalbank”ın keçmiş rəhbər şəxsləri azadlığa buraxılıb
Bu gün Ali Məhkəmədə lisenziyası ləğv edilmiş “Royalbank” ASC-nin 4 saylı filialının keçmiş rəhbər şəxsləri Orxan Məmmədov, Pərviz Vəliyev və Ruslan Abbasovun barələrində olan məhkəmə qərarından verilən kassasiya şikayəti və kassasiya protestinə baxılıb.
Bu barədə P.Vəliyevin vəkili Bəxtiyar Hacıyev məlumat verilib.
Onun sözlərinə görə, məhkəmənin qərarına əsasən, prokurorun kassasiya protesti təmin edilməyib. O.Məmmədovun isə kassasiya şikayəti təmin olunmayıb.
Vəkil bildirib ki, P.Vəliyevlə R.Abbasovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, onlara şərti cəza verilib. Hər iki şəxs azadlığa buraxılıb.
Qeyd edək ki, “Royalbank” ASC-nin 4 saylı filialının keçmiş rəhbər şəxsləri O.Məmmədov Cinayət Məcəlləsinin (CM) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və P.Vəliyevlə R.Abbasov isə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
Ötən il iyun ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Məmmədov 8 il 6 ay və P.Vəliyevlə R.Abbasov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. P.Vəliyev və R.Abbasov barələrində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, həmin şəxslərə şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Prokuror şərti cəzanın hökm etdiyi hissədən xaric edilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməində, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən P.Vəliyev və R.Abbasov barələrində çıxardığı şərti cəza ləğv edilib. Onlar 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən P.Vəliyev və R.Abbasov məhkəmə zalında həbs edilib. O.Məmmədovun isə cəzası əvvəlki kimi (8 il 6 ay) qalıb.
Daha sonra P.Vəliyevin vəkili B.Hacıyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Vəkil Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ilkin məhkəmə baxışının 14 sentyabr 2016-ci il tarixli əsassız qərarının ləğv edilməsini və P.Vəliyev barəsində cinayət işinin məhkəmə istintaqının tam həcmində aparılmaqla davam etdirilməsini və onun barəsində şərti cəzanın təyin olunmasını istəyib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə “Royalbank” ASC-nin lisenziyası ləğv edilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























