Avropa ölkəsində Azərbaycan Ticarət Evi fəaliyyətə başlayacaq
Latviyada Azərbaycan Ticarət Evinin bu ilin iyun ayının birinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulur.
Bunu açıqlamasında İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev bildirib.
Onun sözlərinə görə, Riqa şəhərində yaradılan Ticarət Evində Azərbaycan məhsullarının daimi sərgisi təşkil ediləcək:
“Artıq bu məqsədlə Azərbaycan şirkətlərinin istehsal etdiyi müxtəlif növ mal və məhsullar, o cümlədən kabel, çay, meyvə-tərəvəzdən emal edilmiş məhsullar, spirtli içkilər (şərab, konyak və s.) Latviyaya göndərilib. Ticarət Evində turizm sahəsində fəaliyyət göstərən şirkətlərin təmsil olunması da planlaşdırılır”.
A. Əliyev həmçinin bildirib ki, yaxın vaxtlarda Ukraynanın paytaxtı Kiyevdə də Azərbaycan Ticarət Evi fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Ticarət Evinin idarə olunması məqsədilə Ukraynada “Azərbaycan Ticarət Evi” MMC yaradılıb və 2017-ci ildə bu ölkədə dövlət qeydiyyatına alınıb. Ukraynaya məhsul ixracında maraqlı olan meyvə-tərəvəz, quru meyvə, meyvə şirələri, zeytundan emal olunmuş məhsullar, çay, çəltik, ipək, tekstil, alkoqollu içkilər, mineral sular, qənnadı və kosmetik məhsullar, alüminium, kabel istehsalı sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə görüşlər keçirilib və şirkətlərin Ukraynadakı Azərbaycan Ticarət Evində təmsil olunması barədə razılıq əldə edilib.
Xatırladaq ki, Azərbaycan prezidentinin müvafiq tapşırıqlarına uyğun olaraq, ölkəmizdə istehsal olunan məhsulların ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi məqsədilə həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq Azərbaycanın xarici ölkələrdə ticarət evləri yaradılır.
Artıq Belarusda Azərbaycanın Ticarət Evi fəaliyyət göstərir. Minsk şəhərində yerləşən və ümumi sahəsi 529 kv. m olan Ticarət Evində Azərbaycan məhsullarının daimi sərgisi fəaliyyət göstərir və hazırda burada 25 Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ mal və məhsullar (tütün, pambıq, xalça, kabel, çay, meyvə-tərəvəz və onlardan emal edilmiş məhsullar, spirtli içkilər, şərab və s.) nümayiş olunur. Fəaliyyətə başlamasından ötən müddət ərzində Azərbaycan istehsalı olan məhsulların Belarusda satışının təşkili məqsədi ilə “Azərbaycan Ticarət Evi” MMC ilə Belarusun bir sıra iri ticarət şirkətləri arasında müqavilələr imzalanıb. Nəticədə Ticarət Evi vasitəsilə Azərbaycandan Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları, zeytun yağı, nar şirəsi və çay ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
4 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
4 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb




















