TANAP üçün SOCAR və BOTAŞ yeni şirkət yaradacaq
Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün həyata keçirilən Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsini idarə etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ ortaq şirkət təsis etməyi planlaşdırır.
Ortaq şirkətdə tərəflərin hər biri 50% paya sahib olacaq.
Qeyd olunub ki, TANAP layihəsini idarə edəcək bu birgə şirkət boru kəmərinin təhlükəsizliyinə də cavabdeh olacaq.
Qeyd edək ki, TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir. “SOCAR Turkey Enerji” bu il martın sonunda TANAP-ın səhmdarları arasına qoşulub. Şirkət “Cənub Qaz Dəhlizi” QSC-dən pay alıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.
TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.
TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir.
Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Bu ilin yayında Türkiyəyə qaz bu çıxış nöqtəsindən veriləcək.
Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Əskişəhərdən Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ilin sonuna Avropa üçün qazı qəbul etməyə hazır olacaq.
©Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
7 saat əvvəl
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
-
-
9 saat əvvəl
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
-
10 saat əvvəl
Mis bazarında "ralli": 14 000 dollar həddi test edildi - Yeni rekordlar gözlənilir
- 11 saat əvvəl
-
11 saat əvvəl
Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb
-
11 saat əvvəl
Forum ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
-
12 saat əvvəl
Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib
-
12 saat əvvəl
Bakı Fond Birjasında “PAŞA Bank”ın müraciətinə baxılıb, qərar qəbul edilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
eBay 56 milyard dollarlıq satınalma təklifinə “yox” dedi
Forum ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Faciə xəbərini oxuyuruq, amma dərs çıxarmırıq. Niyə?
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət - 47 milyon sərmayə yatırıb, siqaret istehsal edəcək
Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış olub
PAŞA Bank səhmlərinə abunə yazılışının müddətini uzatdı
Ağacdan sənayedə istifadəyə dair qanun layihəsi hazırlanır














.jpg)






