Dünyada orta qiymət 3000-dir, Azərbycan 8000 dollara satır
Kənd Təsərrüfatı Nazirliyinın icmallaşdırma və statistik təhlil şöbəsi tərəfindən Azərbaycandan bal ixracı imkanları ilə bağlı araşdırma aparılmışdır.
Araşdırmada göstərilir ki, ərzaq, kosmetika və dərman sənayesində bala tələbat artmadadır. Bunun üçün də 2022-ci ildə satış məqsədi üçün bal istehsalının həcmi 2,4 mln. tona çatacaq.
FAO-nun məlumatına əsasən 2014-cü ildə təbii bal istehsal edən 139 ölkədə hər il təqribən 1,5 mln. ton təbii bal istehsal edilir. Global Industry Analists, Inc. (GIA) konsaltinq şirkətinin məlumatına əsasən təbii balın ümumi istehlakının 48,1%-i Asiya-Sakit okean regionunun payına düşür.
Araşdırmada qeyd edilir ki, 2016-cı ildə Ukrayna 97,3 milyon dollar dəyərində 56,9 min ton bal ixrac edərək, Çindən sonra ən iri bal ixracatçısı olmuşdur. Ümumilikdə isə 2016-cı ildə dünyada 2.0 milyard ABŞ dolları dəyərində bal idxal olunmuşdur. Həmin il dünya üzrə bal idxalının 21%-i (166 min ton) ABŞ-ın payına düşmüşdür.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Dünya üzrə balın orta idxal qiyməti 3000 ABŞ dolları ətrafındadır. Azərbaycana gəldikdə isə 2016-cı ildə Azərbaycanda 2,7 min ton bal istehsal olunmuşdur. Son illər Azərbaycanda bal ixracı ənənəsi yaranmışdır və 2016-cı ildə 6 ton bal ixrac olunmuşdur.
2016-cı ildə Azərbaycandan ixrac olunan 1 ton balın orta qiyməti 8 min ABŞ dolları olmuşdur, bu isə dünya üzrə orta idxal qiymətindən 2.5 dəfə yüksəkdir.
2017-ci ildə isə 6,5 ton bal ixrac olunmuş və ixrac edilən balın 1 tonunun orta qiyməti 8,4 min ABŞ dolları təşkil etmişdir. 2017-ci ildə Azərbaycandan təbii bal Yaponiya, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilmişdir
Araşdırmada vurğulanır ki, Azərbaycanda istehsal olunan balın xüsusiyyətləri onun “niş” və ya “premium” bazarlara ixracına imkan verir. Azərbaycan balı “Eko” (BİO) və ya “Orqanik” məhsul kimi dünya bazarında özünə yer tuta bilər. Bu bazarlara Avropa ölkələri, Körfəz ölkələri, Yaponiya və Çin aiddir. Avropanın “niş” bazarlarında satılan balın payı ümumi Avropa bal bazarının 15-20 faizini əhatə edir. Həmçinin Çində istehlakçıların premium bal məhsullarına verdiyi dəyəri nəzərə alaraq bu ölkənin də bazarı da cəlb edici hesab edilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
4 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
4 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















