"Banklardan adambaşına 800-1300 dollar alınıb"
Apardığımız təhlillər göstərir ki, bankların heç birində nağd valyuta təlabatını qarşılamamaq halı yoxdur.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib.
"ƏHALİ TƏŞVİŞƏ DÜŞÜB"
"Nəzarət orqanı olaraq müşahidələrimiz göstərir ki, son bir həftə ərzində əsas ticarət tərəfdaşı ölkələrimizdə (Rusiya və Türkiyə) valyuta məzənnələrinin volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqda idi. Azərbaycan Mərkəzi Bankı bankları yetərincə nağd valyuta ilə təmin edib. Sadəcə psixoloji amil var. Təhlillər göstərir ki, daha çox alışı əhali qrupu həyata keçirir. Hesablamalarımıza görə, son bir həftə ərzində banklardan adambaşına ortalama 800-1300 dollar alınıb. Bu onu deməyə əsas verir ki, sadəcə qonşu ölkələrdə baş verən hadisələrlə əlaqədar psixoloji amillərdən əhali qrupu bir az təşvişə düşüb", - Palatanın icraçı direktoru bildirib.
© Report
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 21 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
1 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
2 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq Bankdan 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















