Tədiyə balansında 1.6 milyard dollar profisit
2017-ci ilin yanvar-dekabr ayları üzrə tədiyə balansının ümumi profisiti 1.6 mlrd. dollar təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin yanvar-dekabr aylarında tədiyə balansında 539.2 milyon dollar kəsir yaranmşdı.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il tədiyə balansının ümumi profisitinin 1.6 mlrd. dollar təşkil etməsi həm neft qiymətinin 26% bahalaşması, həm makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə Cari Əməliyyatlar Balansında (CƏB) yaranmış müsbət tendensiyalar, həm də neft-qaz sektoru üzrə layihələrin xarici kreditlərlə maliyyələşməsi hesabına baş vermişdir.
Qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 1% (56 mln.dollar) azalaraq 5.7 mlrd. dollar olmuşdur.
2017-ci ilin yanvar-dekabr aylarında cari əməliyyatlar hesabında1.7 mlrd. dollar məbləğində profisit yaranmış (2016-da 1.4 mlrd.dollar kəsir idi), o cümlədən neft-qaz sektoru üzrə profisit 7.4 mlrd. dollar məbləğində olmuşdur. Neft-qaz sektoru üzrə CƏB profisiti ö.i.m.d.n. 3.0 mlrd. dollar artmış qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 56 mln. dollar azalmışdır. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 5.7 mlrd. dolar məbləğində kəsirini tam örtmüşdür.
CƏB profisitin əsas amilləri:
- Xarici ticarət balansında profisitin 1.5 dəfə artması;
-Neft-qaz sektoru üzrə ixracın 14% artması, idxalın isə 1.7 dəfə azalması;
-Qeyri-neft xidmətlər balansında kəsirin azalması, o cümlədən turizm xidmətləri üzrə balansın 353 mln. dollar müsbət olması;
- İlkin gəlirlər balansında kəsirin ö.i.m.d.n. 713 mln. dollar azalması;
- Təkrar gəlirlər balansında profisitin (709 mln. dollar) yaranması


Xarici ticarət balansı
Xarici ticarət dövriyyəsi 24.2 mlrd.$ təşkil etmiş və xarici ticarət balansı 6.1 mlrd.$ məbləğində müsbət saldo ilə nəticələnmişdir. 2017-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın dünyanın 185-dək dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 15%-i MDB üzvü olan dövlətlərin, 85%-i isə digər xarici dövlətlərin payına düşür.
Əmtəə ixracı
Hesabat dövründə əmtəə ixracı 15.1 mlrd.$ təşkil etmişdir. Xarici dövlətlərə 12.3 mlrd.$ neft məhsulları ixrac olunmuş, ixrac olunmuş neft məhsullarının 406.6 mln.$-ı neft emalı məhsullarının, 11.9 mlrd.$-ı isə xam neftin ixracının payına düşür. 2017-ci ilin yanvar-dekabr aylarında əlverişli məzənnə şəraitində qeyri-neft ixracı artım dinamikası göstərir, ölkənin qeyri-neft ixracı ötən ilin müvafiq dövrünə nisbətən 27% artaraq 1.5 mlrd.$ təşkil etmişdir.
Əmtəə idxalı
Hesabat dövründə əmtəə idxalı 9.0 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 4.1 mlrd.$ olmuş, bunun da 1.5 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Neft-qaz sektoru üzrə idxalın azalması əksər layihələr üzrə işlərin xidmətlər fazasına keçməsi ilə bağlıdır. Qeyri-neft sektoru üzrə idxal isə ötən ilin müvafiq dövrünə nisbətən 15.3% artaraq 7.7 mlrd.$ olmuşdur. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (1.8 dəfə), ağac məmulatları (12.4%), kağız məmulatlarının (24%), kimya məhsullarının (26%), alkoqollu və alkoqolsuz içkilərin (12.6%) idxalı artmış, gəmilər qayıqlar və üzən konstruksiyaların (12 dəfə), qara metal və ondan hazırlanmış məmulatların (22.4%), dənli bitkilərin (15.6%), mebel məhsullarının (23%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 11.8% təşkil edərək 1.1 mlrd.$ olmuşdur.
Xidmətlər balansı
2017-ci ilin yanvar-dekabr aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutmuş və bu xidmətlərin ümumi həcmi 12.8 mlrd.$ təşkil etmişdir. Bunun 8.1 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4.7 mlrd.$-ı isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında 3.4 mlrd.$-lıq kəsir yaranmışdır. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə azalaraq 277 mln.$ təşkil etmişdir. Kəsirin 92%-i (3.1 mlrd.$) neft-qaz sektoru ilə əlaqədardır (əsasən 2.4 mlrd.$ tikinti xidmətləri və 0.9 mlrd.$ digər işgüzar xidmətlər). Qarşılıqlı xidmətlər dövriyyəsinin 16%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2.0 mlrd.$ olan nəqliyyat xidmətlərinin 48%- i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə 4 əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 971.4 mln.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1048.4 mln.$ təşkil etmişdir. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 6% artmışdır. 2017-ci ilin yanvar-dekabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 9% artaraq 5.7 mlrd.$ təşkil etmişdir. 2017-ci ilin yanvardekabr ayları ərzində turizm xidmətləri üzrə profisit ö.i.m.d.n. 1.6 dəfə artaraq 353.4 mln.$ (2016-cı ilin müvafiq dövründə 219.4 mln.$) təşkil etmişdir (2017-ci il ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 20% artıb). Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2.7 mlrd.$ məbləğində olmuşdur. Bunun 73%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür (2017-ci il ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşların sayı 4% azalıb). Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 3.4 dəfə azalaraq 35.7 mln.$ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ötən ilin müvafiq dövrünə nisbətən 21% artaraq 769.8 mln.$ olmuşdur.
İlkin gəlirlər balansı
Hesabat dövründə neft-qaz sektoru üzrə 1846.8 mln.$ kəsir, qeyri-neft sektoru üzrə isə 87.2 mln.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir ö.i.m.d.n. 1.4 dəfə azalaraq 1759.5 mln.$ təşkil etmişdir. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4.3 mlrd.$ olmuşdur. Bunun 70%-i (3.0 mlrd.$) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (1.9 mlrd.$) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyrirezidentlərə ödənilən faizlər (278.6 mln.$) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (458.9 mln.$) təşkil edir.
Təkrar gəlirlər balansı
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1.5 mlrd.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 1.1 mlrd.$, ödənişlər isə 404.3 mln.$ təşkil etmişdir. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 92%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 5%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3%-i isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 1.8 dəfə artaraq 1020.2 mln.$, ölkədən çıxarılan pul baratlarının həcmi isə 1.4 dəfə azalaraq 342.9 mln.$ 5 olmuşdur (valyuta rejiminin sərtləşməsindən sonra köçürmələr azalmışdır). Nəticədə pul baratları üzrə 677.3 mln.$ müsbət saldo yaranmışdır. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 708.6 mln.$ təşkil etmişdir.
Maliyyə hesabı
2017-ci ilin yanvar-dekabr aylarında ölkənin xalis maliyyə aktivləri 5.4 mlrd.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (2564.4 mln.$), portfel investisiyaları (-80.9 mln.$), törəmə maliyyə alətləri (-3.8 mln.$) və digər investisiyalar (2939.7 mln.$) hesabına formalaşmışdır. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 5.2 mlrd.$ təşkil etmişdir ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (2866.1 mln.$), neft bonusu (1.4 mln.$), portfel investisiyaları (2588.0 mln.$) və digər investisiyalar (-237.5 mln.$) hesabına formalaşmışdır.
Birbaşa investisiyalar
Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 5.7 mlrd.$ olmuşdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 86% təşkil etmişdir. 2017-ci ilin yanvar-dekabr aylarında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (2080.3 mln.$) artımı cəlb olunmuş investisiya ilə (4900.8 mln.$) kapitalın repatriasiyası (2820.5 mln.$) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 813.1 mln.$ olmuşdur
Kreditlər və digər investisiyalar
Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 33.8 mln.$ azalmış, xalis maliyyə öhdəlikləri isə 662.0 mln.$ artmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri əsasən bankların kreditləri hesabına azalmış, dövlət və dövlət təminatlı kreditləri hesabına isə artmışdır. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 801.9 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 1251.1 mln.$ azalmışdır.
Ehtiyat aktivləri
Hesabat dövründə ölkənin ehtiyat aktivləri 2.0 mlrd.$ məbləğində artmışdır.
TƏDİYƏ BALANSI NƏDİR?
Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Başqa sözlə, tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir. İnstitusional vahidin rezidentlik statusu onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi və bu əraziyə sıx bağlılığı ilə müəyyən edilir. Tədiyə balansi 4 hissədən ibarətdir: 1. Cari Əməliyyatlar balansı; 2. Kapitalın və maliyyənin hərəkəti balansı; 3. Ehtiyat aktivlərin dəyişməsi və 4. Balanslaşdırıcı maddələr.
Ölkənin cari əməliyyatlardan əldə etdiyi gəlirlər, cari əməliyyatlara çəkilən xərclərdən daha böyükdürsə bu vəziyyət cari profisit (cari əməliyyatlar artıqlığı); Daha kiçikdirsə cari kəsir (cari əməliyyatlar defisiti) olaraq adlandırır.
Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş faktor gəlirlər (əmək haqqı, divident, faiz, renta və digər bu tip ödənişlər) və cari transfertlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
4 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
4 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
6 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"







.jpg)










.jpg)


