"Synergy Group"un icraçı direktoruna müavin təyin edilib
Tahir Məcidov Azərbaycanın ən sürətlə inkişaf edən investisiya qruplarından olan "Synergy Group" MMC-nin icraçı direktorunun müavini təyin edilib. "Marja" xəbər verir ki, bu barədə şirkətlər qrupunun saytında bildirilir.
"Tahir Məcidov 2018-ci ilin mart ayında “Synergy Group” MMC-nin İcraçı direktorun müavini vəzifəsinə təyin edilmişdir",- qeyd edilib.
Tahir Məcidov əmək fəaliyyətinə 2003-cü ildən Yanacaq və Energetika Nazirliyində başlamışdır. Sonradan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Məhsullarının Satışı şöbəsində fəaliyyətinə davam etmiş, daha sonra isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şahdəniz layihəsində çalışmışdır.
2011-ci ildən etibarən Vergilər Nazirliyində fəaliyyətinə başlamış və müxtəlif vaxtlarda Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin, Vergi Auditi Departamentinin və Milli Gəlirlər Departamentinin rəis müavini vəzifələrində çalışmışdır.
Tahir Məcidov 2011-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını “İnzibati İdarəetmə” istiqamətinə daxil olan “Gömrük ekspertizası” ixtisası üzrə, 2011-ci ildə isə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə bitirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
- 17 d. əvvəl
-
34 d. əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
-
19 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
21 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb























.jpg)

