Azərbaycanda 15 bank "pul üstünə pul gətirib"
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 15-nin balans kapitalı nizamnamə kapitalından azdır.
Başqa sözlə, həmin banklar fəaliyyətdə olduqları müddətdə nizamnamə fondlarına qoyulmuş kapitaldan "yeyiblər". Kapitalı ən çox azalmış bank "Azərbaycan Beynəlxalq Bankı" (293,101 milyon manat), kapitalı ən az azalmış bank isə "AFB Bank"dır (3,847 milyon manat).
15 bank isə kapitalını artırmağı bacarıb. Başqa sözlə, həmin banklar fəaliyyətdə olduqları müddətdə "pul üstünə pul gətirib". Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (140,094 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (0,793 milyon manat) qeydə alınıb.
№ | Bankın adı | Bankın balans kapitalı ilə nizamnamə kapitalının fərqi (milyon manatla) |
1 | Kapital Bank | 140,094 |
2 | PAŞA Bank | 69,711 |
3 | Xalq Bank | 34,760 |
4 | Azərbaycan Sənaye Bankı | 30,359 |
5 | Atabank | 26,454 |
6 | Bank Silk Vey | 19,692 |
7 | Yapı Kredi Bank Azərbaycan | 17,238 |
8 | Zıraat Bank Azərbaycan | 15,896 |
9 | Bank Avrasiya | 8,912 |
10 | Express Bank | 7,060 |
11 | Amrah Bank | 5,221 |
12 | Naxçıvan Bank | 5,047 |
13 | Azər-Türk Bank | 4,455 |
14 | Turan Bank | 3,967 |
15 | Pakistan Milli Bankı - Bakı | 0,793 |
16 | AFB Bank | -3,847 |
17 | İran Milli Bankı - Bakı | -4,326 |
18 | Günay Bank | -4,632 |
19 | NBC Bank | -7,161 |
20 | Bank VTB Azərbaycan | -10,698 |
21 | Bank BTB | -12,479 |
22 | Rabitəbank | -15,111 |
23 | Muğan Bank | -15,983 |
24 | Bank of Baku | -16,283 |
25 | Bank Respublika | -19,762 |
26 | AGBank | -55,026 |
27 | Unibank | -62,264 |
28 | Access Bank | -71,387 |
29 | Nikoyl Bank | -145,034 |
30 | Azərbaycan Beynəlxalq Bankı | -293,101 |
© Renkinq
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 28 d. sonra
-
- 6 d. əvvəl
-
10 d. əvvəl
“AzerGold” və Qvineya məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəlib
- 29 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
11 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb
Rəsmi məzənnələr açıqlandı
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
Ən çox oxunanlar
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb























